ABŞ səfirinin müavini vəzifəsinin icraçısı Azərbaycan İran sərhədinə gedib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib.
Bildirilib ki, ABŞ səfirliyi ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirib:
"Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır", - deyə məlumatda qeyd olunub.
ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və Səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib. ABŞ Səfirliyi, ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı… pic.twitter.com/3RfaE8X831
— U.S. Embassy Baku (@USEmbassyBaku) June 21, 2025


