Icma.az
close
up
RU
ABŞ senatoru hakimiyyətdən Amerika qoşunlarının Suriyadan çıxarılmasını tələb edir

ABŞ senatoru hakimiyyətdən Amerika qoşunlarının Suriyadan çıxarılmasını tələb edir

ABŞ-nin respublikaçı senatoru Randal Pol hakimiyyətə müraciət edərək Amerika qoşunlarının Suriya ərazilərindən çıxarılmasını tələb edib.

O, bu barədə dekabrın 9-da X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

“Əsgərlərimizi evə gətirin! Bu bizim mübarizəmiz deyil. Suriyaya səpələnmiş 900 ABŞ əsgəri çəkindirici qüvvə deyil, hədəfdir”, - Paul yazıb.

Öz növbəsində dövlət katibi Entoni Blinken Dövlət Departamentində çıxışı zamanı bildirib ki, ABŞ Suriyanın parçalanmasından və vətəndaşlarının kütləvi miqrasiyasından qaçmaq istəyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Suriya xalqını öz ölkələrini yenidən qurmağa və yeni istiqamət cızmağa başlayanda onlara dəstək verməyə hazır olmalıdır.

Mövsüm

Aznews.az

seeBaxış sayı:100
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri