ABŞ Ukraynaya “Patriot” sistemləri üçün texniki dəstəyin göstərilməsini təsdiqləyib
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 179,1 milyon dollarlıq texniki xidmət və maddi-texniki dəstəyin mümkün təminatını təsdiqləyib.
APA xəbər verir ki, məlumatı Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi yayıb.
Qeyd olunur ki, Kiyev bundan əvvəl ABŞ-dən “Patriot” zenit-raket kompleksləri üçün ehtiyat hissələri, avadanlıqlar və texniki dəstək göstərilməsini xahiş edib.
ABŞ tərəfi məxfi və məxfi olmayan ehtiyat hissələri, proqram təminatı və yenilənmələri, sistemlərin modifikasiyası, müvafiq texniki dəstlər, həmçinin digər avadanlıqların təqdim olunmasına hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Avqust 2025 04:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















