Icma.az
close
up
RU
ABŞ və Avropa arasında Ukrayna gərginliyi: Yeni siyasi qarşıdurma başlayır?

ABŞ və Avropa arasında Ukrayna gərginliyi: Yeni siyasi qarşıdurma başlayır?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Avropa liderləri Ukrayna məsələsi ilə bağlı fövqəladə sammitə hazırlaşır. Görüşün əsas məqsədi, Qərbin ABŞ-Rusiya danışıqlarından kənarda qalmasına cavab olaraq yeni strategiya müəyyənləşdirməkdir. Bəs Tramp Qərbi danışqlardan kənarda saxlamaqla nəyə nail olmağa çalışır? 

Moderator.az-a açıqlama verən politoloq Oqtay Qasımov Ukrayna və Avropa İttifaqının  ABŞ və Rusiya arasında başlayan danışıqlar prosesindən kənarda saxlanmalarından ciddi narahat olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu narazılıq açıq şəkildə ifadə olunub. Xüsusilə Almaniya kansleri və digər Avropa liderləri, eləcə də Ukrayna prezidenti bu məsələni gündəmə gətiriblər:

“ABŞ prezidenti son açıqlamasında Ukraynanın danışıqlara mütləq şəkildə daxil ediləcəyini bildirib. Lakin bu prosesin hansı mərhələdə baş verəcəyi hələ də qeyri-müəyyəndir. İlkin təəssürat ondan ibarətdir ki, ABŞ ilkin təmaslardan sonra Rusiya ilə müəyyən razılaşmalara gəlib, daha sonra Ukraynanı prosesə qoşmağı planlaşdırır. Digər tərəfdən, Ukrayna rəhbərliyi bu danışıqları qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. Məhz bu səbəbdən Ukrayna prezidenti Volodimir Zelenski Avropa Ordusunun yaradılması təşəbbüsünü irəli sürüb”.

Politoloq onu da əlavə edib ki, Amerika Avropanı qarşısına alıb-almayacağı ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir:

“Lakin ABŞ-ın özünün son 100 ildə, xüsusilə də 1945-ci ildən sonra qurduğu Avropa qitəsini birdən-birə kənara qoyub Rusiya ilə anlaşmaya gedəcəyini düşünmürəm. Ən azı, bu məsələdə Avropanın tamamilə gözardı edilməsi ehtimalı azdır. ABŞ-ın Rusiyaya qarşı yanaşmasının taktiki bir addım olduğu da mümkündür. Trampın və onun komandasının niyyətlərini anlamaq olduqca çətindir, çünki onlar bir çox hallarda qeyri-adi və gözlənilməz qərarlar verirlər. Rusiya ilə danışıqların necə aparılacağı və bu təkliflərin gerçək niyyətləri zamanla daha aydınlaşacaq. Hələlik, Rusiya tərəfindən atılan jest kimi görünən bu təkliflərin, əslində Trampın komandası tərəfindən Rusiya ilə daha yaxın əməkdaşlıq məqsədilə atılan taktiki bir gediş ola biləcəyini qeyd etmək olar. 

 O ki qaldı Avropanın Rusiya və Amerikaya sanksiya tətbiq etməsinə bu inandırıcı görünmür. Çünki Rusiyaya onsuz da sanksiyalar tətbiq olunur və bu sanksiyalar nəticəsində Avropa qitəsi, həm də bahalı enerji resursları almaq məcburiyyətindədir. Avropa bunu göz önünə alıb. Çünki Avropa  üçün təhlükəsizlik məsələsi ciddi şəkildə qarşıda duran məsələdir. Sadəcə olaraq, Amerika tərəfindən Avropaya tariflər tətbiq olunacağı təqdirdə onlar da cavab tədbirləri görəcəklər. Hazırkı şəraitdə Trampın atdığı addımlar təbii ki, Avropa İttifaqı ölkələri arasında müəyyən fikir ayrılıqlarını gücləndirə bilər. Bu ölkələr ki, Rusiya ilə danışıqların tərəfdarı idi, onların mövqeləri bir az da güclənə bilər. Hələlik bu proseslərə tələsik qiymət vermək doğru deyil".

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri