“ABŞ və NATO Rusiya üçün yeni raket təhdidləri yaratsalar, qəti cavab alacaqlar” Lavrov
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“ABŞ və NATO Rusiya üçün yeni raket təhdidləri yaratsalar, qəti cavab alacaqlar”.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bu barədə “RİA Novosti” ilə söhbətində danışıb.
Nazir beynəlxalq aləmdə istənilən ssenariyə hazır olmağın vacibliyini vurğulayıb.
“Biz öz tərəfimizdən istənilən ssenariyə hazırıq. Əgər yeni raket təhdidləri yaranarsa, rəqiblər hərbi-texniki cavab tədbirləri görəcəklər.
Lakin məqbul şərait yaratmaq üçün hipotetik addımlar da nəzərə alınacaq”, deyə Lavrov qeyd edib. Bundan əlavə, nazir Rusiyanın təhlükəsizlik sahəsində fundamental ziddiyyətlərin kök səbəblərinin aradan qaldırılmasına diqqət yetirməklə, münaqişə potensialının azaldılması üzrə hərtərəfli işdə maraqlı olduğunu bildirib. O, Ukrayna böhranının əsas səbəblərindən biri və Rusiyanın təhlükəsizliyinə təhdid kimi NATO-nun uzunmüddətli şərqə doğru genişlənməsini göstərib.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















