ABŞ yə getmək istəyənlərin nəzərinə! Sosial şəbəkələrlə bağlı yeni tələb
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında dərc olunan məlumatda bildirilir.
Qeyd olunub ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, F kateqoriyalı vizadan ABŞ-də universitetlərdə, kolleclərdə və dil məktəblərində təhsil almaq istəyən tələbələr istifadə edir.
M seriyası peşə və texniki təhsil üçün verilən tələbə vizasıdır.
J seriyası isə mübadilə proqramları (tələbə mübadiləsi, “Work and Travel”, tədqiqat, müəllim proqramları və s.) üçün verilən vizadır.
Bu mövzuda digər xəbərlər:Deputat sosial şəbəkələrlə bağlı qanunu dəstəklədi
26 Dekabr 2025 12:34
Avstraliyada sosial şəbəkələrlə bağlı qadağa qüvvəyə mindi
10 Dekabr 2025 15:14
Azərbaycanda sosial şəbəkələrlə bağlı qərar verilə bilər
18 Dekabr 2025 10:52
Bu ölkələrdə sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti gözlənilir
16 May 2025 10:18
Razi Nurullayev: “Sosial şəbəkələrlə bağlı qanun informasiya azadlığını məhdudlaşdırmır”
19 Dekabr 2025 12:52
Baxış sayı:95
Bu xəbər 26 İyun 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















