Abşeronda baş verən qətlin DETALLARI VİDEO
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az Baku TV-yə istinadla xəbər verir ki, 21 yaşlı İbrahim Həmidov həmin ərazidə yaşayan qonşusu Əli Muxtarovla mübahisə edib. Mübahisəyə Əli Muxtarovun 17 yaşlı oğlu da qoşulub və yeniyetmə kəsici alətlə İbrahim Həmidova xəsarət yetirib.
Daha sonra İbrahim Həmidovun qohumu, 42 yaşlı Səbuhi Mamedov tərəfləri ayırmaq üçün araya girib. Bu zaman 17 yaşlı yeniyetmə ona da kəsici alətlə xəsarət yetirib.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin Səbuhi Mamedovun həyatını xilas etmək mümkün olmayıb. İbrahim Həmidovun vəziyyəti isə ağır olaraq qalır.
Məlumata görə, münaqişə pul məsələsi ilə bağlı olub. Qonşular bildirirlər ki, Əli Muxtarovla İbrahim Həmidov arasında bu məsələ ilə əlaqədar əvvəllər də mübahisələr yaşanıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri keçirilib, rayon prokurorluğunda cinayət işi başlanıb. Əli Muxtarov və onun 17 yaşlı oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Sentyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















