Icma.az
close
up
RU
Abu Dabi görüşü: Əliyev Paşinyan danışıqları və BƏƏ nin yeni vasitəçilik rolu

Abu Dabi görüşü: Əliyev Paşinyan danışıqları və BƏƏ nin yeni vasitəçilik rolu

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş həm regional diplomatiya, həm də geoiqtisadi strategiyalar baxımından diqqətçəkici hadisədir. Görüşün məhz Abu Dabidə keçirilməsi isə təkcə protokol xarakteri daşımır – bu, BƏƏ-nin Cənubi Qafqazda artan marağının və geosiyasi mövqelərinin əlamətidir.

BƏƏ-nin neytral, lakin çevik mövqeyi

BƏƏ bu gün təkcə Yaxın Şərqin aparıcı iqtisadi gücü deyil, həm də çoxvektorlu xarici siyasət yürüdən və diplomatik vasitəçilik təcrübəsi formalaşdıran bir aktora çevrilib. Əbu Dabi həm Azərbaycanla, həm də Ermənistanla paralel və dinamik əlaqələr saxlayır. Azərbaycanla münasibətlər enerji, nəqliyyat və yaşıl iqtisadiyyat layihələrinə əsaslanır. BƏƏ şirkətləri Qarabağ və Naxçıvan daxil olmaqla bir çox strateji bölgədə investisiya planlarını gerçəkləşdirməkdədir. Ermənistanla isə texnoloji əməkdaşlıq, turizm və logistika sahəsində əlaqələr inkişaf etdirilir.

Bu müstəvidə Abu Dabi görüşü BƏƏ-nin Cənubi Qafqazda neytral vasitəçi kimi çıxış etmək istədiyini və bu rolu möhkəmləndirmək niyyətində olduğunu göstərir.

Sülh sazişi və regional güc balansı

Görüşün əsas gündəmində sülh sazişinin perspektivləri dayanır. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar fonunda Bakı və İrəvan arasında danışıqlar prosesi bir neçə paralel istiqamətdə aparılır: Avropa İttifaqı formatı, Rusiya vasitəçiliyi və ABŞ-ın təşviqi ilə Vaşinqton görüşləri. İndi bu siyahıya Körfəz formatı da əlavə olunur.

Bu formatın fərqi ondan ibarətdir ki, BƏƏ siyasi deyil, iqtisadi əsaslı vasitəçilik modelinə üstünlük verir. Bu isə regionda sabitliyin təmininə daha uzunmüddətli və dayanıqlı yanaşma deməkdir.

Geoiqtisadi əməkdaşlığın açar mövzuları

Görüş zamanı müzakirə olunacaq əsas texniki məsələlər – sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması və humanitar problemlərin həlli – əslində regionun gələcək inteqrasiyasının əsas sütunlarını təşkil edir. Bu baxımdan Zəngəzur dəhlizi, Orta Dəhliz və yaşıl enerji koridorları həm Azərbaycan, həm də Ermənistan üçün strateji önəm daşıyır. BƏƏ bu dəhlizlərə investor, operator və texniki tərəfdaş kimi daxil olmaqla həm öz maraqlarını qoruyur, həm də tərəflər arasında əməkdaşlıq platforması yaradır.

Yeni diplomatik mərkəz

BƏƏ-nin təşəbbüsü ilə baş tutacaq bu görüş Körfəz ölkələrinin diplomatik xəritədə yeni mərkəzə çevrilmək cəhdinin bir hissəsidir. Təkcə Yaxın Şərqdə deyil, eyni zamanda Şimali Afrika, Asiya və indi də Cənubi Qafqazda sülh təşəbbüsləri ilə çıxış edən Abu Dabi faktiki olaraq “qlobal vasitəçilik klubu”na daxil olmağa çalışır.

Bu baxımdan Əliyev-Paşinyan görüşü yalnız iki lider arasında danışıqlar deyil, həm də BƏƏ-nin regional diplomatiyada yeni mövqe qazanması üçün önəmli bir platformadır. Bu proses həm də onu göstərir ki, Cənubi Qafqazın gələcəyi artıq yalnız Şərq və Qərb aktorları arasında deyil, eyni zamanda Cənubda – Körfəz coğrafiyasında da formalaşır.

Züriyə Qarayeva

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri