Icma.az
close
up
RU
“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Əhali ötən il “Access Bank”dan 35 milyon manata yaxın vəsaiti  geri çəkib. Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Belə ki, 2024-cü ildə bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,4% azalaraq 1 milyard 51,6 milyon manatdan 1 mlrd. 26,5 milyon manata enib.

Əhali bu il bankdan 34,98 milyon manat geri çəkib. Əvəzində şirkətlərin bankdakı əmanətləri 9,89 milyon manat artıb.

Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat olduğu halda, ilin sonunda bu rəqəm 807,48 milyon manata kimi azalıb.

Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 219 milyon manata yüksəlib.

Başqa sözlə, şirkətlərin banka əlavə əmanət yerləşdirməsi ümumi depozit portfelində azalmanın qarşısını xeyli ala bilib.

Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 485,3 milyon manata, öhdəlikləri 1 milyard 304,1 milyon manata, cəmi kapitalı isə 181,2 milyon manata çatıb.
  

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 121,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see174

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see131

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see129

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see123

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see120

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see120

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see118

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see117

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see116

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see116

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri