Icma.az
close
up
RU
“Açıqlasam, cəza alacam…”

“Açıqlasam, cəza alacam…”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” – “Sumqayıt” (1:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Neftçi”ni təbrik edir və uğurlar arzulayıram. Oyundan çox da danışmaq istəmirəm. Gedişatı özünüz gördüz. İnanıram ki, həm hakimlərlə, həm də oyunla bağlı məqalələriniz çıxar. Mənim gördüyüm var. Sadəcə açıqlasam, cəza alacam ya da intriqaya səbəb olacam. Ona görə də sizin ədalətli təhlillərinizi gözləyirəm. Yenə də komandamı təbrik edirəm. Belə oyunla da ancaq irəli… Təhlili özünüz edin. Son 10 dəqiqəyə nəzər yetirin. Hansı meydançada hansı qərarlar verildi. Bizim yüzdəyüzlük penaltimizi vermədilər. Hakimlərlə bağlı danışmaq istəmirəm. 

– Hakimliyi kənara qoysaq, komandanın çıxışını necə qiymətləndirirsiz?

– Özünüz də gördünüz ki, oyun baxımından “Sumqayıt” daha yaxşı idi. Lakin yararlana bilmədik. 80-ci dəqiqəyə qədər olan epizodlar bizim lehimizə idi.

– Hava şəraiti sizin oyununuza təsir etdi?

Əlbəttə, təsir etdi. Amma hər iki komanda üçün eyni idi. Bunu bilirdik. Bugünkü oyunda da komandam hər cəhətdən üstün idi. Sadəcə 1 penalti həll etdi.

– Komanda sizin rəhbərliyiniz altda ilk hissəni daha yaxşı çıxış edir. Amma ikinci hissədə bunu görmürük. Niyə?

– Sizinlə razıyam. Amma bygünkü oyuna görə. Yeni qoşulanlar var. Onların adaptasiyası var. Ona görə də onları yükləyə bilmirik. Fəqət bu gün komanda 90 dəqiqə ərzində pressinq etdi.

– Komanda 9 oyundur ki, qol vurmur…

– Cadunu mən dilə gətirməmişəm. O yarı zarafat, yarı da emosiya ilə bağlı bir şeydir. Amma bugünkü oyunda VAR-da olan hakimlər belə müdaxilələr etmədi. Baxmayaraq ki, bəziləriniz deyəcəksiz ki, uduzursuz. Amma komandamdan razıyam. Çempionat gərgin keçir.

– İndi “Sumqayıt”ın “Sabah”ı keçmək potensialı necədir?

– İlk oyunumuza baxdıqda keçə bilərik. Kim hazır olacaqsa, o da turu keçəcək. İnanıram ki, kubok matçında hər şey yaxşı olacaq.

– Zədəliləriniz nə vaxt qayıdacaq?

– Bildiyiniz kimi zədəlilərimiz uzunmüddətlidir. Nimellidə uzun period çəkəcək, Dias da isə 3 həftə davam edəcək. Qış transferlərimin hamsından razıyam.

– AFFA İcraiyyə Komtəsinin son qərarları bəllidir. İdman prinsipləri qorunacaq. Siz də getdikcə aşağı pillələrə yuvarlanırsız..

– Biz hara düşürük? “Səbail”in 16 xalı var. Gəlin, intriqa yaratmayaq. Bəli, aşağıya yuvarlanırıq. Amma sonuncu pilləyə düşmürük.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Fevral 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri