Icma.az
close
up
RU
“Ad seçimi zamanı dini məhəbbət yox, məna əsas olmalıdır” TURAL İRFAN

“Ad seçimi zamanı dini məhəbbət yox, məna əsas olmalıdır” TURAL İRFAN

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Həzrət Peyğəmbərdən hədis var ki, övladlarınıza yaxşı adamlara adlarını qoyun. Yəni İslamda və ya Quranda konkret dini adlar təsnifatı yoxdur və belə bir əmr də yoxdur. Sadəcə bir sərhəd qoyulub ki, dinin və Allahın əleyhinə, küfür mənası verən adlar seçilməməlidir”.

Bu sözləri Gununsesi.info -ya açıqlamasında dinşünas Tural İfan deyib:

“Peyğəmbər vaxtında bəzi adlar bütlərin qulu, günəşin qulu, ayın qulu kimi mənaları daşıyırdı. Belə adlara misal olaraq o dövrdə “Abdul-Şəms” deyirdilər. Bu hallarda Peyğəmbər sahəbələrin adlarını dəyişdirib.

Peyğəmbər dini adlar üzrə konkret bir təsnifat yaratmayıb və “yalnız bu adlar qoyulmalıdır” deyə bir göstəriş verməyib. Bu fikir Peyğəmbərdən çox sonra meydana çıxıb. Məsələn, Həzrət Peyğəmbər öz nəvələrinin adlarını Həsən və Hüseyn qoyub ki, bu adlar gözəl mənalara malikdir.

Əsas olan odur ki, seçilən ad dinin, əqidənin əleyhinə və ya əxlaqsızlığı tərənnüm edən məna daşımamalıdır. Bəzən insanlar övladlarına heç mənasını bilmədən xarici terminlər və adlar qoyurlar. Sonradan araşdıranda görürsən ki, həmin ad uyğunsuz bir məna daşıyır. Dini adlar seçərkən də bu cür məqamları nəzərə almaq lazımdır. Məsələn, “Əbülfəzli Abbas” adı təhrif olunmuş addır və ərəb dilindən tərcümə edərkən mənasız, əcaib bir formaya çevrilir. Heç bir imam və ya Peyğəmbər öz övladına belə bir ad qoymayıb. “Abbas” isə Həzrət Peyğəmbərin əmisinin və Həzrət Hüseynin qardaşının adıdır. “Əbülfəzli” adı onun küniyyəsi, yəni təxəllüsüdür. Ərəblər arasında böyüklərin adını mənası ilə birlikdə övladlara vermək adəti var. Məsələn, Həzrət Peyğəmbərə Əbul Qasım deyirlər. Uşağa “Əbul Qasım Məhəmməd” kimi ad qoymaq düzgün deyil; eyni şəkildə “Əbülfəzli Abbas” da uyğunsuz hesab olunur. “Əbülfəzli” Fəzilin atası deməkdir, yəni Əbli Fəzil, Abbasın Fəzil adlı oğluna aid olub. Bu, xüsusi olaraq həmin şəxsə aiddir və onun adını başqasına vermək, əslində, günah və küfür sayılır, çünki həmin şəxsi əvəz edə bilməz. Qeyd edək ki, Abbas İmam Hüseynin qardaşı olub və Kərbalada şəhid olub. Bu baxımdan, adların təhrif olunması və mənasız formaya çevrilməsi günah sayılır və diqqət yetirilməlidir”.

Tural İrfan qeyd edib ki, bəzən insanlar bu məsələlərə dini məhəbbətdən deyil, siyasi məqsədlərdən, xarici təsirlərə uyub və ya cəmiyyətdə rezonans yaratmaq üçün yanaşırlar.

“Yoxsa ölkəmizdə əksəriyyət hələ də ənənəvi dini adları üstün tutur: Zeynəb, Fatıma, Həsən, Hüseyn, Əli, Məhməd və s. Bu adların seçilməsi gözəl və dəyərlidir, yaşadılmalı, eyni zamanda din də tövsiyə edir ki, insanlar milli və mənalı adları qoruyub saxlasınlar. Etnik baxımdan, xalqımızın əksəriyyəti türk mənşəli olduğundan türk mənşəli adları yaşatmaq məqsədəuyğundur. Quranda da Allah buyurur ki, insanları xalqlara və millətlərə böldük ki, bir-birini tanısınlar, qarışsınlar və inkişaf etsinlər. Bu baxımdan ərəblər, farslar və türklər öz milli adlarını qoruyub saxlamalıdırlar.

Lakin “dini adlar” kimi bir anlayış nə şəriətdə, nə də Quranda yoxdur; bu, xurafi İslamda və təhrif olunmuş praktikalarda yaranmış bir məsələdir. Adın dini və ya dini olmayan forması yoxdur. Əsas olan odur ki, Peyğəmbərin tövsiyəsini əsas götürərək, adın günah və mənasız xarakter daşımamasına diqqət yetirilməlidir.

Adların seçilməsində Həzrət Peyğəmbərin və Əhli Beytin ənənəsinə uyğun diqqət göstərilməlidir. Məsələn, uşağa “Həzrət Əli” adını vermək düzgün deyil, çünki Həzrət Əli tarixi bir şəxsiyyət olub və başqasına bu şəkildə ad vermək uyğun sayılmır. Əli adı qoyula bilər, lakin “Həzrət Əli” deyil. Eyni qayda “Abbas” adına da aiddir: Abbas ola bilər, amma “Əbülfəzl Abbas” düzgün deyil. Oxşar məntiq xristianlarda da tətbiq olunur: “İsa” adı ola bilər, amma “İsa Məsih” yalnız həmin şəxsi ifadə edir və başqasına verilə bilməz.

Çünki bu adlar tarixi şəxsiyyətlərə məxsusdur və yeganədir; məsələn, Peyğəmbər və Əhli Beyt üzvləri. Bu səbəbdən adlar verilərkən din xadimi və ya savadlı mütəxəssis ilə məsləhətləşmək vacibdir ki, günah olmasın”.

O hesab edir ki, İslamda həddi aşmaq düzgün sayılmır:

“Dini ad olsa belə, onu fövqaladə və davamlı şəkildə mübahilli formada istifadə etmək düzgün deyil. Həzrət Peyğəmbər və Əhli Beyt belə bir ənənə yaratmayıb, bütün nəsildə eyni adların davamlı qoyulması nümunəsi yoxdur.

Dinə görə belə bir əmr yoxdur. Daha məqsədəuyğun olan milli adları verməkdir, eyni zamanda milli-mənəvi dəyərlərimizə uyğun olaraq Quranda, Peyğəmbərlərin, Əhli Beytin və səhabələrin adları, eləcə də Azərbaycan xalqının tarixi və tanınmış simalarının adları seçilə bilər.

Bu adları övladlara vermək mümkündür. Lakin qondarma və təhrif olunmuş adlar dini və şəriət baxımından günah sayılır. Xüsusilə “Əbülfəzl Abbas” adı dini mizanla götürüldükdə mənasız və təhrif olunmuşdur. Belə adların qoyulması düzgün deyil. Ya “Abbas” qoyula bilər, ya da “Əbülfəzl Abbas”, lakin ikisini birləşdirib vermək olmaz”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri