ADA Universiteti və tərəfdaşları tərəfindən Lənkəranda tibbi aksiya keçirilib VİDEO AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran, 30 noyabr, İlkin Adıyev, AZƏRTAC
ADA Universiteti, ADA Universiteti Fondu (ADAF), "Referans Medical Group" və “PAŞA Bank”ın birgə təşkilatçılığı, TƏBİB-in dəstəyi ilə noyabrın 30-da Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinələr keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər zamanı "Referans Medical Group"un Bakıdan dəvət olunmuş ixtisaslı həkimləri tərəfindən müayinələr və diaqnostik xidmətlər (USM, EKQ, EXO-KQ) aparılıb.
Sosial aksiyanın məqsədi bölgə sakinlərinin sağlamlığını dəstəkləmək, tibbi xidmətlərin regionda yaşayan hər kəsə daha əlçatan olmasını təmin etmək və ictimai sağlamlığa töhfə verməkdir. Əhalinin yalnız fiziki yox, həm də sosial rifahının artırılmasına yönəlmiş bu təşəbbüs çərçivəsində gün ərzində 500-ə yaxın pasiyent müayinədən keçirilib.
ADAF-ın Sponsorluq layihələri şöbəsinin rəhbəri Firuzə İsmayıl Əliyeva layihənin icrası ilə bağlı fikirlərini bölüşərkən bildirib: "Təcrübəli səhiyyə işçilərini Lənkərana dəvət etməklə sağlam həyat tərzini regionlarda da təbliğ edir, cəmiyyət üzvlərinə vaxtında tibbi müayinə mədəniyyətini aşılayırıq. Bu layihə həm də cəmiyyətin sağlamlığında əməkdaşlığın gücünü nümayiş etdirir."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 Dekabr 2024 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















