Icma.az
close
up
RU
ADA Universitetinin 2023 2024 cü tədris ili üzrə məzunlarının məşğulluq göstəricisi 90 faizdir

ADA Universitetinin 2023 2024 cü tədris ili üzrə məzunlarının məşğulluq göstəricisi 90 faizdir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 avqust, AZƏRTAC

ADA Universitetinin Karyera xidmətləri şöbəsi 2023–2024-cü tədris ili üzrə məzunların məşğulluq göstəricilərini və tələbələr üçün həyata keçirilən karyera dəstəyi proqramlarının nəticələrini açıqlayıb. Statistika göstərir ki, məzunlar əmək bazarına uğurla inteqrasiya olunur və universitet tərəfindən onlara göstərilən sistemli dəstək öz bəhrəsini verir.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Əldə olunan nəticələrə əsasən, 2023–2024-cü tədris ili üzrə məzunların məşğulluğu 90 faiz təşkil edir.

Bakalavriat səviyyəsində ən yüksək məşğulluq biznesin idarə edilməsi ixtisasının məzunları, magistratura səviyyəsində isə kompüter elmləri və data analitikası ixtisasının məzunları arasında müşahidə olunub.

Məzunlar əsasən dövlət qurumları, təhsil, bank və maliyyə xidmətləri, konsaltinq və audit, eləcə də telekommunikasiya sahələrində çalışırlar.

ADA Universitetinin Karyera xidmətləri şöbəsi tələbələrin peşəkar hazırlığını gücləndirmək üçün il ərzində bir sıra proqramlar həyata keçirir. Belə ki, hər il 500-dən çox tələbə yaz və yay semestrlərində akademik təcrübə proqramında iştirak edirlər. Akademik təcrübə proqramı Azərbaycanda yerləşən aparıcı dövlət və özəl qurumlarında, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində həyata keçirilir.

Bununla yanaşı, ADA Universitetində hər il 20 tərəfdaş şirkətin iştirakı ilə “Karyera Hazırlığı Həftəsi” həyata keçirilir. Bu təşəbbüs çərçivəsində tələbələrin seçim prosesi ADA Universitetinin Karyera xidmətləri şöbəsi tərəfindən təşkil olunur və tələbələr ilə fərdi müsahibələr əsasında həyata keçirilir. Seçilmiş tələbələr akademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye üzrə mütəxəssislərin keçirdiyi təlim və seminar proqramlarına cəlb olunurlar. Təlimlər maliyyə, bankçılıq, informasiya texnologiyaları, telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin yüksəkixtisaslı nümayəndələri tərəfindən keçirilir. Sessiyalar əmək bazarının aktual tələbləri, peşəkar bacarıqlar və karyera inkişafı strategiyaları kimi mövzuları əhatə edir. On gün davam edən bu intensiv proqram tələbələrə yalnız bilik və bacarıqlar qazandırmaqla kifayətlənmir, eyni zamanda, onları potensial işəgötürənlərlə əlaqələndirərək həmin şirkətlərdə təcrübə imkanları ilə təmin edir. “Karyera Hazırlığı Həftəsi” ənənəvi karyera yarmarkası ilə başa çatır və tələbələr üçün real iş imkanlarına açılan bir platformaya çevrilir.

Bu təşəbbüslər ADA Universitetinin məzunlarına həm yerli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətli karyera imkanları yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:21
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see305

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see203

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see202

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see162

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see147

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see145

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see144

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see144

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see144

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see142

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see141

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see141

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see139

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see136

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see135

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see135

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see132

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see132

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see130

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri