Icma.az
close
up
RU
ADAU da fermerlər üçün heyvan sağlamlığı üzrə təlim keçirilib FOTOLAR

ADAU da fermerlər üçün heyvan sağlamlığı üzrə təlim keçirilib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzi ilə "Hasvet Baku" MMC-nin birgə təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Heyvan sağlamlığının təmin olunmasında fermerlərə göstərilən aqrar xidmətlərin rolu” mövzusunda keçirilən təlimlərin ilk günü uğurla başa çatıb.
"Unikal"
xəbər verir ki, Gəncə Dövlət Aqrar Kollecində keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Agentliyin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr eləcə də fermer və baytar həkimlər iştirak ediblər.
Zəfər Qurbanov çıxışında heyvandarlıq sektorunun ölkəmizin ərzaq təhlükəsizliyinin əsas sütunlarından biri olduğunu diqqətə çatdırıb. Bu sahənin davamlı inkişafı isə birbaşa heyvan sağlamlığının qorunması və fermerlərə göstərilən peşəkar aqrar xidmətlərin keyfiyyətindən asılıdır. Rektor qeyd edib ki, keçirilən təlimin məqsədi həm fermerlərin bilik və bacarıqlarını artırmaq, həm də praktik sahədə qarşıya çıxan çətinliklərin elmi əsaslarla həllinə dəstək olmaqdır.
Çıxış edən Sərdar Hacıyev bildirib ki, Aqrar Xidmətlər Agentliyi aqrar sahədə bilik və bacarıqların artırılmasına, innovativ yanaşmaların təşviqinə və müasir texnologiyaların tətbiqinə xüsusi önəm verir. Agentliyin tabeliyində fəaliyyət göstərən Aqrar Təlim Mərkəzi fermerlər, baytar həkimləri və sahə mütəxəssisləri üçün mütəmadi olaraq yerli və beynəlxalq təcrübəyə əsaslanan təlimlər təşkil edir. Sərdar Hacıyev onu da vurğulayıb ki, təlim proqramları hazırlanarkən iştirakçıların real ehtiyacları, fəaliyyət sahələri və yaşadıqları bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınır.
Daha sonra Bariz Mehdiyev çıxış edərək, tədbirin əhəmiyyətinə toxunub. O, aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin və biliklərin paylaşılmasının sektorun inkişafına verdiyi töhfəni vurğulayıb.
Tədbirin davamında beynəlxalq təcrübəyə malik ekspertlər — Örsan Güngör, Osman Cengiz və baytar həkim Şaiq Teyyubov fermerlər və baytar həkimlər üçün nəzərdə tutulmuş mövzular ətrafında interaktiv təqdimatlarla çıxış ediblər. Sessiyalar zamanı heyvan sağlamlığının qorunması, xəstəliklərlə düzgün mübarizə və aqrar xidmətlərin bu sahədə oynadığı əsaslı rol barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu kimi təlimlərin təşkili kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislərin beynəlxalq təcrübə əsasında bilik və bacarıqlarının artırılması, heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin daha effektiv həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Davamlı maarifləndirmə tədbirləri aqrar sahədə innovativ yanaşmaların tətbiqini sürətləndirməklə yanaşı, kənd təsərrüfatı məhsuldarlığının artmasına da töhfə verir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri