Icma.az
close
up
RU
ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə BMT Baş Assambleyasının 80-ci sessiyasının nəticələri ilə bağlı məsələlərə münasibət bildirib. Partiya yetkililəri dövlət başçısı İ.Əliyevin sessiyada etdiyi çıxışın, 30 il icrasız qalan BMT qətnamələrinin sonda dövlətimizin öz gücü  ilə həllini tapması, bundan sonrakı dövr ərzində sülh sazişinin bağlanması istiqamətində göstərdiyi ciddi səylərin davam etməsi barədə səsləndirdiyi bəyanatların Azərbaycanın milli və dövlət maraqlarına xidmət etməsi baxımdan təqdirə layiq olduğunu qeyd etməklə yanaşı, bu qurumun artıq beynəlxalq problemlərin, qanlı münaqişələrin həllində aciz qaldığını diqqətə çatdırıb və yeni dünya düzəninə uyğun daha mükəmməl, daha çevik beynəlxalq bir qurumun yaradılmasına ehtiyac duyulduğunu qeyd edib.

İdarə Heyəti son vaxtlar sosial şəbəkələrdə separatizm meyillərinin təşviqi ilə bağlı materialların gündəmə gəlməsindən, etnik separatist meyillərin təzədən qızışdırılmasından, qardas Türkiyə ilə Azərbaycan arasında ədavətin körüklənməsinə xidmət edən məqsədyönlü və təxribat xarakterli məlumatların tirajlanmasından ciddi narahat olduğunu bildirib və hakimiyyət orqanlarını düşmən dövlətlərin əli ilə yayımlanan bu cür pozucu hallara qarşı ayıq-sayıq olmağa və əks təbliğat işini gücləndirməyə səsləyib.

İdarə Heyəti 28 sentyabr Anım günü ilə əlaqədar 44 günlük Vətən müharibəsində, eləcə də bundan əvvəl və sonrakı dövrdə həlak olan hərbçi və mülki vətəndaşlarımızın şəhadətə qovuşmasını dərin hüznlə yad edib, onların ailələrinə, bütövlükdə Azərbaycan xalqına başsağlığı ünvanlayıb. Qeyd olunub ki, dövlət şəhid olan övladlarını, qazilərini heç vaxt unutmamalı, onların Azərbaycan xalqının müstəqilliyi, suverenliyi uğrunda apardığı qəhrəmanlıq nümunələrini dərsliklərdə, bədii əsərlərdə, filimlərdə təcəssüm etdirməli və onların ruhunun şad olması üçün cəmiyyətimizin rifah halında yaşaması, sosial-iqtisadi həyatının yaxşılaşdırılması, insan hüquq və azadlıqları ilə təmin olunması üçün effektli tədbirlər görməlidir.

İdarə Heyəti son vaxtlar güclü yağıntılar nəticəsində bərpa-quruculuq işlərinin aparıldığı işğaldan azad edilən ərazilərimizdə bir neçə yaşayış məntəqəsinin, tikilən körpülərin, çəkilən yolların sel altında qalması faktına diqqət çəkib və bu tikintilər üçün kifayət qədər maliyyə vəsaiti ayrılmasına baxmayaraq, ayrı-ayrı sifarişçi təşkilatlar, tender qalibləri tərəfindən mənimsəmələr, aparılan yararsız işlər nəticəsində böyük dağıntılar baş verməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyət yetkililərini bu sahəyə məsul şəxslərin cəzalandırılmasına çağırıb.

İdarə Heyəti ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə münasibət bildirib və bu tədbirin ictimai nəqliyyat xidmətinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi, yeni metro stansiyalarının salınması, daha müasir tələblərə cavab verən vaqonların alınması məqsədi ilə həyata keçirilməsini qeyd etməklə, aşağı əməkhaqqı şəraitində bu artımların əhalinin aztəminatlı hissəsinin güzəranına mənfi təsir göstərməsindən narahat olduğunu bildirib. İdarə Heyəti istər istehlak bazarında müşahidə olunan kəskin qiymət artımı, istərsə də ictimai nəqliyyatda gediş haqqının artırılması müqabilində dövlətin minimum əməkhaqqı məbləğinin artırmasına, az təminatlı ailələrə bu və ya digər formada sosial yardım edilməsinə doğru addımlar atmasının vacibliyini xüsusi qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri