Icma.az
close
up
RU
ADPU Kitabxana İnformasiya Mərkəzi son 6 ayda: 34 minədək onlayn, 16 minədək əyani istifadəçi

ADPU Kitabxana İnformasiya Mərkəzi son 6 ayda: 34 minədək onlayn, 16 minədək əyani istifadəçi

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi 2025-ci ilin ilk 6 ayı ərzində də dinamik fəaliyyəti və statistik göstəriciləri ilə seçilib.

ADPU-dan 525.az-a bildirilib ki, ilin birinci yarısında Mərkəz həm ənənəvi kitabxana xidmətlərini, həm də elektron resurslara çıxışı genişləndirib.

Kitabxana-İnformasiya Mərkəzinin ümumi fondu 713 min 674 nüsxə təşkil edir ki, bunun 638 min 109 nüsxəsi kitabdır. Həmin kitabların 323 min 487-si Azərbaycan, 300 min 118-i rus, 14 min 434-ü isə digər dillərdədir. Elektron kataloqda 14 min 500 adda 86 min 414 nüsxə material mövcuddur. Onlardan 70 min 58-i Azərbaycan, 1918-i rus, 14 min 438-i digər dillərdədir.

Bu ilin birinci yarısında Mərkəzdən ümumilikdə 9646 oxucu istifadə edib, 33 min 663 nəfər isə e-kitabxana xidmətlərə müraciət edib. Kitabxanaya gələnlərin sayı 15 min 879 nəfər olub. Kitab verilməsinin ümumi sayı 10 min 525 nüsxəyə çatıb. Onların 1805-i onlayn istifadəçi, 2386-sı elektron xidmət istifadəçisi, 6525-i isə ənənəvi oxu zalının istifadəçiləri olub.

Altı ay ərzində fonda müxtəlif dillərdə ümumilikdə 1195 yeni kitab daxil edilib. Onlardan 1078-i Azərbaycan, 68-i rus, 49-u isə digər xarici dillərdədir. Bundan əlavə, kitabxana fonduna 717 dərslik və dərs vəsaiti, 160 elmi ədəbiyyat, 52 bədii, 46 ictimai-siyasi ədəbiyyat, 11 elmlər və fəlsəfə doktorluğu dissertasiyası, 55 avtoreferat, 82 proqram əlavə olunub. Dövri mətbuata isə 9 adda qəzet və 5 adda jurnal üzrə abunəlik həyata keçirilib.

Hesabat dövründə Kitabxana-İnformasiya Mərkəzi müxtəlif səviyyəli tədbir və layihələrdə də fəal iştirak etməsilə yadda qalıb. Ümummilli Liderə həsr olunmuş “Heydər Əliyev – 102” adlı sərgi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan sərgi bu fəaliyyətlər sıradadır.

Həmçinin Mərkəzin əməkdaşları Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Respublika Elmi-Texniki Kitabxanasında keçirilən “Azərbaycan doğma diyar” adlı tədbirdə, Gəncə Aqrar Universitetində təşkil olunan “Kitabxana 5.0: universitet kitabxanalarının yeni missiyası” forumunda və Bakı Dövlət Universitetində keçirilən “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq elektron resurslar və repozitoriyalar” mövzusunda seminarda ADPU-nu uğurla təmsil ediblər. Bundan başqa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Akademik kitabxana fondları mədəni irsimizdə” mövzusunda elmi-praktik seminar keçirilib, eləcə də magistrantların VIII Elmi Konfransı çərçivəsində dövri-elmi nəşrlərin sərgisi təşkil olunub. Eyni zamanda, Humanitar Kollecin kitabxana işi ixtisası üzrə təhsil alan tələbələrinin diplomqabağı təcrübəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

Bütün bu fəaliyyətlər ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin təkcə informasiya təminatı deyil, həm də maarifləndirmə və mədəniyyət sahəsində mühüm rol oynadığını göstərir.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri