ADPU nun Quba filialı ilə Özbəkistanın pedaqoji bacarıqlar mərkəzləri arasında niyyət protokolu imzalanıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsili Nazirliyinin tabeliyində fəaliyyət göstərən Nəvai, Səmərqənd və Surxandərya pedaqoji bacarıqlar mərkəzləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Quba filialında keçirilən görüşdə filialının rəhbərliyi, struktur bölmələrin əməkdaşları və Özbəkistandan olan nümayəndələr iştirak ediblər. Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlərin təşkili və elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin görüş çərçivəsində niyyət protokolu imzalanıb. Protokolda pedaqoji kadrların bacarıqlarının artırılması, birgə elmi-tədqiqatların hazırlanması və tədris prosesinin təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlığın əsas prinsiplərini müəyyən edən məsələlər öz əksini tapıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Oktyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















