Icma.az
close
up
RU
ADSEA: Kommunal qurumların ən ciddi problemi debitor borclarıdır

ADSEA: Kommunal qurumların ən ciddi problemi debitor borclarıdır

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycanda kommunal xidmət göstərən qurumların ən ciddi problemlərindən biri debitor borclardır.

“APA-Economics” xəbər verir ki, bunu “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı deyib.

O bildirib ki, il ərzində təqdim edilən xidmətlərin 94–95 faizi üzrə ödənişlər toplanır: “Amma müəyyən hissə ödənilmir. Burada əsasən qeyri-əhali sektorundan söhbət gedir. İstər “Azərsu”, istər “Azərişıq”, istərsə də digər xidmət qurumları təsərrüfat subyektləri kimi fəaliyyət göstərir. Biz əməkhaqqı, sosial ayırmalar, vergilər və digər xərcləri vaxtında ödəməliyik”.

O qeyd edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşanır: “Su Bakıya sadəcə olaraq axıb gəlmir, onu çatdırmaq, təmizləmək, paylamaq üçün ciddi vəsait tələb olunur. Biz bu vəsaiti yığmalıyıq ki, həmin xidmətin dəyərini ödəyə bilək”.

“Borc hər halda borcdur və qanunvericiliyin tələblərinə uyğun olaraq, 3 ildən sonra iddia müddəti keçsə də, bu, onun borc olduğu faktını dəyişmir. Borcun hüquqi və ya maliyyə statusundan asılı olmayaraq, onun ödənilməsi üçün yollar var. Biz xidmət göstərdiyimiz iri şəhərlərdə və sahibkarlıq subyektlərində anlayışlı yanaşma gözləyirik. Kəsilmiş fakturalar üzrə vaxtında ödənişlərin aparılması vacibdir”, - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri