ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirdi FOTO Yeni Çağ Media
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən həyata keçirilən mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirici tədbir və təlim təşkil edilib.
Təlim çərçivəsində ADY Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Bakı Dəmiryol Vağzalında “Fövqəladə halların xəbərdar edilməsi, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda məşq keçirib. Təlimə FHN-in Bakı Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən yanğınsöndürmə qatarı və şəxsi heyəti, təcili tibbi yardım maşını və tibbi personal cəlb olunub.
 
Məşqin məqsədi stansiyada təhlükəsizlik tədbirlərinin səmərəliliyini artırmaq, fövqəladə hallar zamanı müxtəlif struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ şəkildə həll edilməsi və şəxsi heyətin praktiki vərdişlərinin möhkəmləndirilməsidir.
Təxliyə tədbirlərinin düzgün və vaxtında həyata keçirilməsi həyat təhlükəsi ilə üzləşən şəxslərin təhlükəsiz şəkildə evakuasiyasını təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.
ADY mütəmadi olaraq bu kimi tədbirləri həyata keçirməklə ölkədə dəmiryol nəqliyyatının təhlükəsizliyini daha da artırmağı və əməkdaşlarının fövqəladə hallara hazırlığını möhkəmləndirməyi hədəfləyib.
 
www.yenicag.az
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:138
Baxış sayı:138 Bu xəbər 09 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 09 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















