Icma.az
close
up
RU
Aeroporta ya ictimai nəqliyyat yönləndirilməlidir, ya da taksi qiyməti vətəndaşın büdcəsinə uyğunlaşdırılmalıdır

Aeroporta ya ictimai nəqliyyat yönləndirilməlidir, ya da taksi qiyməti vətəndaşın büdcəsinə uyğunlaşdırılmalıdır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. Bizimyol.info xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Məlumata görə, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Qeyd olunub ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatın əlçatanlığını artırmaq lazımdır: “Düşünürəm ki, ictimai nəqliyyatın əlçatanlığını artırmaq lazımdır. Hal-hazırda H1 marşrutu “28 May” və “Koroğlu”nu keçməklə hava limanını əlaqələndirir. Amma şəhər böyükdür və fərqli istiqamətlərdən beton yol üzərindən “Əhmədli” istiqamətinə, sonradan “20 Yanvar” istiqamətinə bu növ marşrutların təşkilinə ehtiyac var. Çünki oradan Ekspress xətti üzrə avtobuslar Sumqayıta mütəmadi işləyir. Eyni zamanda aeroportun yanında yerləşən Binə-Mərdəkan istiqamətinə. Ona görə ki, aeroport işçilərinin əksəriyyəti elə bu qəsəbələrdə yaşayır. Həmçinin də reysdən sonra gələnlər, məsələn; taksi ilə getmək məcburiyyətində qalırdılar”.

Rauf Ağamirzəyev

Nəqliyyat eksperti qeyd edib ki, fərqli istiqamətlərdə yeni marşrutlar aeroportla əlaqələndirilməlidir ki, taksiyə o qədər də ehtiyac qalmasın: “Taksi ilə bağlı son verilən qərar əslində onların büdcəsinə birbaşa təsir edəcək. Ona görə ki, servis avtobusları səhər-axşam gəlib-gedir. Bu da ümumi olaraq aviasiya işçilərinin gediş-gəlişində əlavə xərclərin yaranmasına təsir edəcək.

Eyni zamanda yaxınlıqda yerləşən Aviasiya Akademiyasının heç hava limanı ilə ictimai nəqliyyatla əlaqəsi yoxdur. Şəhərə gələn qonaqlar və gedənlər ya H1-lə, hansı ki, onun da məhdud dayanacağı var və məhdud istiqaməti əhatə edir, ya da ki, taksi ilə getməlidirlər. Taksidə də son qərarlar birbaşa “ekonom” sinfin girişinə bir məhdudiyyətlə qarşılaşıb. Digər sinifli aqreqatorlara olan avtomobillər Bakı taksidən başqa, yüksək sinif “Uber”, “Bolt”, “Yango” daxil ola bilir. Onsuz da onların da qiyməti elə yüksəkdir. Onların prinsipcə qiyməti dəyişməyib, amma aşağı siniflinin girişi artıq məhdudlaşıb.

Məsələnin birinci həlli mənə görə ictimai nəqliyyatın fərqli istiqamətlərdəki yeni marşrutlarının aeroportla əlaqələndirməsidir ki, taksiyə o qədər də ehtiyac qalmasın. İkinci məsələ isə taksi ilə gedənlərə düşünürəm ki, hər sinfə uyğun bir imkan yaradılmalıdır, çünki cəmiyyətdə insanların imkanları fərqlidir. Təklif olunan qiymətlər insanların büdcəsinə uyğun olmalıdır”.

Rauf Ağamirzəyev vurğulayıb ki, sürətli və əlçatan qiymətlə şəhərin fərqli istiqamətindən hava limanına əlaqə təmin olacaq: “Şəhərdə keçən ildən başlamış mobilliyin transformasiyası proqramı çərçivəsində ayrılmış avtobus zolağı şəbəkəsi yaradılır. Bu zolaqların olması, həmçinin bu növ "Ekspress" avtobusların tıxacda qalmadan fərqli istiqamətə gedişin təmin edəcək.

Beton yolda zolağa ehtiyac yoxdur, onsuz da boşdur. Amma “8 Noyabr”da çəkilib, “Əhmədli” istiqamətinə birbaşa vacib olan bir qərardır. Həmçinin Ziya Bünyadov Prospektində var. Bunu da 7/24 rejiminə keçirtmək lazımdır ki, xüsusən aeroporta gedib gələnlər üçün “20 Yanvar”a fasiləsiz ictimai nəqliyyatla əlaqəni təmin etsin. Binə-Mərdəkan da şose yolunun üstündədir, onlarda onsuz da tıxac yoxdur. İctimai nəqliyyatla əlaqə təmin edilsə, məhz sürətli və əlçatan qiymətlə şəhərin fərqli istiqamətindən hava limanına əlaqə mümkün olacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see175

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri