Icma.az
close
up
RU
Afət Telmanqızından təsirli paylaşım: “Zəngilana gedişim, yarım qalmış...”

Afət Telmanqızından təsirli paylaşım: “Zəngilana gedişim, yarım qalmış...”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Zəngilana, nənə və babamın yanına getmək üçün yay tətilinin başlayacağı günləri sayardım. Nənəmin təndirindən gələn xoş ətri içimə çəkmək, bağda-dağda gəzmək üçün səbirsizlənərdim”.

"Cebheinfo.az" xəbər verir ki, Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Zəngilan Şəhər Günü ilə bağlı təsirli bir paylaşım edib.

Əməkdar jurnalist xatırladıb ki, ilin 3 ayını Zəngilanda keçirərdi:

“Zəngilan xoşbəxt uşaqlıq illərimin məkanı idi. Heç vaxt da ağlıma gəlməzdi ki, bir gün bu xoşbəxt günlər bitər. Bir gün atam qəfil xəstələnər və həkimlər aparın son günlərini evində yaşasın, atam isə məni Zəngilana aparın orda dəfn edin deyər. 

Hər yay tətilində sevinərək getdiyim rayona bu dəfə hüzünlə getdim. Nə yalan deyim, atamı torpağı sağaldar ümidi də içimdə yox deyildi. Amma bu ümidi də atam yox etdi. Atam ölmək üçün öz yurduna getdi. Elə həmin il də torpaq işğal olundu.

O vaxtdan atamı da, Zəngilanı da ziyarət edə bilmədim. İçimdə böyük  bir boşluq yarandı. Atam da Zəngilan da ancaq yuxularımda qaldı. Amma yuxularımın bir gün gerçək olacağına, bir gün atamı da Zəngilanı da ziyarət edəcəyimə olan ümidim də heç vaxt ölmədi.

Zəngilan azaddır xəbəri, Zəngilana gedişim, yarım qalmış xoşbəxt uşaqlıq illərimi qarış-qarış gəzərək bu torpaqda axtarmağım, atamın məzarını ziyarət etməyim ruhuma dinclik gətirdi. Bu gün Zəngilanın azadlığına, mənim isə xoşbəxt uşaqlığıma qovuşduğum gündür. Bu günləri bəxş edən Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun! Vətən var olsun!”

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri