AFFA rəsmisi: “Qarabağ”ın müsbət nəticəsi üçün futbolçular maksimumunu ortaya qoymalıdırlar”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” kifayət qədər keyfiyyətli təlim-məşq toplanışı keçib. Qurban Qurbanovun da bildirdiyinə görə, komanda toplanış zamanı istədiklərini əldə edib və düşünürəm ki, bu, Almaniya klubu ilə oyunda öz əksini tapacaq. Əminəm ki, soyuq hava şəraitinə baxmayaraq, azarkeşlər stadiona toplaşacaq və komandaya dəstəyini əsirgəməyəcək. Bu da təmsilçimiz üçün böyük motivasiya mənbəyi olacaq”.
İdman.Biz bildirir ki, bu sözləri AFFA-nın texniki direktoru Cahangir Həsənzadə “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəyi VII tur oyunu ilə bağlı danışarkən deyib.
O, AZƏRTAC-a açıqlamasında bugünkü oyunun “Ayntraxt” üçün vacib olduğunu bildirib: “Sözsüz ki, komandada müəyyən dəyişikliklər baş verdi. Oyun sistemində də fərqli taktikalar tətbiq edilə bilər. Lakin belə mühüm oyun ərəfəsində radikal dəyişikliklərə gediləcəyini inandırıcı hesab etmirəm. Buna baxmayaraq, rəqibi düzgün qiymətləndirmək lazımdır. Turnir cədvəlində mövqelərindən asılı olmayaraq, onların kifayət qədər keyfiyyətli futbolçuları və formalaşmış oyun üslubu var. “Qarabağ”ın müsbət nəticə qazanması üçün futbolçuların hər biri meydanda maksimumunu ortaya qoymalıdır. Yalnız bu halda nəticə baxımından istədiyimiz uğuru əldə edə bilərik”.
Ağdam təmsilçisinin keçmiş qapıçısının sözlərinə görə, Azərbaycan çempionu bu dəfə də öz oyun üslubuna sadiq qalacaq: “Fikrimcə, Qurban Qurbanovun artıq formalaşmış oyun planı var və o, bu qarşılaşmada da həmin üsluba sadiq qalacaq. Baş məşqçi kimi müəyyən taktiki toxunuşlar edə bilər, lakin ciddi dəyişikliklərin olacağını düşünmürəm. Daha əvvəl Niderlandın “Ayaks”, İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” kollektivlərinə qarşı matçlarda gördüyümüz kimi, yenə aqressiv və fəal futbol izləyəcəyik. Məhz bu cür oyun komandamıza indiyədək xallar, qələbələr və müsbət nəticələr qazandırıb”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















