Afrika ölkələrinin nümayəndələri BTQdəki görüşdə qitənin iqlim gündəliyini müzakirə ediblər
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Bakı Təşəbbüs Qrupunda (BTQ) keçirilən görüşdə Afrika ölkələrinin nümayəndələri iqlim savadlılığı, yaşıl gündəlik və müstəmləkəçilik illərində toplanmış və onun ağır nəticələri kimi davam edən ekoloji problemlər barədə danışıblar.
“Report” xəbər verir ki, Yaşıl Mavritaniya Gənclər Şəbəkəsinin meneceri Məhəmməd Abderahman Əhməd Əli qeyd edib ki, ölkəsinin gəncləri iqlimin qorunmasında aparıcı rol oynamağa hazırdırlar.
"Lakin bizim beynəlxalq ictimaiyyətin dəstəyinə və “yaşıl maliyyə”yə çıxışa ehtiyacımız var”, - Nigeriyanın "DA News Media Advocacy" agentliyinin baş redaktoru Abdullahi Dare Akoqun bildirib.
"İqlim savadlılığı dezinformasiya ilə mübarizə və ədalətli həllərin təşviqində açar rolunu oynayır. İnsanlara öz talelərinə təsir göstərə bilməsi üçün bilik vermək bizim borcumuzdur," – o əlavə edib.
Nigeriyanın “Afrihealth Optonet” Assosiasiyasının (AHOA) baş direktoru və İqlim Dəyişikliyi ilə bağlı Tərəflər Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun (GCSCCC) sədri Uzodimma Akujekve Adirieje qeyd edib ki, vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə əməkdaşlığı neokolonializmin ekoloji və sosial təsirlərinin aradan qaldırılması üçün ən güclü vasitədir.
Toqodan olan Təmiz Ətraf Mühit üçün Könüllülər Assosiasiyasının icraçı direktoru Koku Selom Aqbavita onu dəstəkləyib. "Həyata keçirdiyimiz ekoloji təşəbbüslər digər ölkələr üçün nümunə olmalıdır. Biz yalnız birgə səylərlə iqlimin dağıdıcı təsirlərinə qarşı müqavimət göstərə bilərik", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















