Saç tökülməsi hansı təhlükəli xəstəliklərlə əlaqəli ola bilər? Mütəxəssisdən AÇIQLAMA
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Saçlar insanın bütün həyatı boyu tökülür və yenidən uzanır. Bu proses sağlamlıq vəziyyəti də daxil olmaqla, bir çox amillərdən asılıdır".
Moderator.az-ın xəbərinə görə, bu barədə rusiyalı trixoloq və dermatoveneroloq Kira Kirnas Lenta.ru nəşrinə müsahibəsində danışıb.
Kira Kirnas saç tökülməsi ilə həyat üçün təhlükəli xəstəliklər arasındakı əlaqəni qiymətləndirib.
Mütəxəssisin sözlərinə görə, saçların tökülməsinə bir çox amillər təsir göstərir: stres, yuxu və qidalanma keyfiyyəti, müxtəlif orqanların və sistemlərin xəstəlikləri. Eyni zamanda o, vurğulayıb ki, həyati təhlükəsi olan xəstəliklər zamanı saç tökülməsi heç vaxt yeganə və əsas əlamət olmur.
"Saçlar daha çox qanın onkoloji xəstəlikləri, insan immunçatışmazlığı virusu (İİV) və vərəm zamanı tökülür. Lakin eyni zamanda yüksək temperatur, şiddətli qaşınma, halsızlıq, bitkinlik və çəki itkisi, tez-tez soyuqdəymə, şişkin limfa düyünləri və dəridə spesifik ləkələr və ya göyərmələr kimi digər, daha əhəmiyyətli simptomlar da ortaya çıxır", - deyə trixoloq qeyd edib.
O bildirib ki, əgər xəstə saç tökülməsindən başqa heç nədən şikayət etmirsə və müayinə zamanı həkim hər hansı xəbərdaredici əlamətlər aşkar etmirsə, bu halda saçlarla bağlı problem başqa səbəblərdən qaynaqlanır.
Mütəxəssis, həmçinin saçların gözəl və sağlam şəkildə qorunması üçün müntəzəm olaraq trixoloqa müraciət etməyi tövsiyə edib. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Yanvar 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















