Afrikalı futbolçu üçün “Qarabağ”da yolun sonu
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ" klubunun yay transfer dönəmində yollarını ayıracağı daha bir futbolçu dəqiqləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Köhlən atlar" yarımmüdafiəçi Kris Kuaku ilə vidalaşacaq.
Baş məşqçi Qurban Fildişi Sahilindən olan oyunçunu komandada görmək istəmir. Ağdam klubu yeni mövsümdə rotasiyaların çox olması məqsədi ilə həmin mövqeyə yeni futbolçunun alınması üçün çalışmalara da start verib.
Kris Kuaku yayda ya komandadan göndəriləcək, ya da Premyer Liqa klublarından birinə icarəyə veriləcək.
Qeyd edək ki, afrikalı yarımmüdafiəçinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında başa çatmalıdır. 2025-ci ildə 300 min avro qarşılığında ölkə çempionuna transfer olunan Kuaku cari mövsüm yalnız Misli Premyer Liqada 12 matçda (1 qol) meydanda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 11 Mart 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















