Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Ağ ev qalmaqalının ilk nəticələri Xa­qa­ni Cəfərli yazır

Ağ ev qalmaqalının ilk nəticələri Xa­qa­ni Cəfərli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Ukrayna prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında bütün dünyanın şahidi olduğu mübahisə siyasi tok-şouların, təhlillərin və xəbər başlıqlarının əsas mövzusu olaraq qalır. Siyasi tok-şou, analitik təhlil və xəbər başlıqlarında əsas diqqət Ağ evdə baş vermiş gərginliyin nümayişinə yönəldiyindən bu hadisənin əsas doğura biləcəyi nəticələrin təhlili arxa plana keçir. Halbuki bu hadisənin siyasi təhlili daha önəmlidir. Çünki Ağ evdə baş verən qalmaqalın siyasi təsirlərini bütün ölkələr hiss edəcəklər. Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı öncədən hazırlandığı şübhə doğurmayan bu gərginlikdən əvvəl baş verən bir neçə hadisəni ard-arda düzdükdə Ağ evdə yaranmış mənzərə tam aydın olur.

Rusiyanın Ukraynaya geniş müdaxiləsinin üçüncü ildönümü ilə bağlı fevralın 24-də BMT Təhlükəsizlik Şurasında ABŞ ilk dəfə olaraq Ukraynanın deyil, Rusiyanın mövqeyindən çıxış etdi. Müharibənin üçüncü ildönümü ilə bağlı BMT Təhlükəsizlik Şurasında gedən müzakirələr ABŞ-ın Böyük Britaniya və Fransa ilə eyni mövqedə olmadığını üzə çıxardı. ABŞ-ın təqdim etdiyi "Sülhə gedən yol" adlı qətnaməni Böyük Britaniya və Fransa sərt tənqid etdiyi halda, Çin və Rusiya dəstəklədi.

Bu hadisənin təsadüfi olmadığını, Vaşinqtonun mövqeyindəki dəyişikliyin göstəricisi olduğunu sonrakı günlərdə baş verən hadisələr də təsdiqlədi. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə ABŞ dövlət katibi Marko Rubio arasında fevralın 26-da Vaşinqtonda baş tutmalı olan görüş ciddi səbəblər göstərilmədən ləğv edildi. Halbuki xanım Kaja Kallas ABŞ dövlət katibi ilə görüşmək üçün Vaşinqtona səfər etmişdi. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi iki gün Vaşinqtonda olsa da, ABŞ-ın dövlət katibinin görüşmək üçün vaxt tapmaması Ağ evin xarici siyasətində baş verən dəyişikliyin növbəti bariz göstəricisi idi. Bu hadisədən iki gün öncə amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona gedən Fransa prezidenti Emanuel Makronun Ağ evin qapısında rəsmi şəxslər tərəfindən qarşılanmamasını da buraya əlavə edəndə ABŞ-ın xarici siyasətində baş verən dəyişikliyin nə qədər böyük olduğu aydın olar. Bu aspektdən Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ evdə üzləşdiyi vəziyyət heç kim üçün təəccüblü olmamalıdır.

Fevralın 24-dən bəri baş verən bu hadisələr eyni zamanda ABŞ-ın xarici siyasət vektorunun istiqamətini kəskin dəyişdiyini və Qərbdə artıq Ukraynayönümlü vahid cəbhənin olmadığını göstərir. Bunu ABŞ dövlət katibi Marko Rubionun açıqlamasından da görmək olar. "Breitbart News"a müsahibəsində Marko Rubio bildirib ki, ABŞ Rusiyanın Çinin kiçik tərəfdaşı olmasına yol verə bilməz. Dövlət katibinin sözlərinə görə, Moskva Pekinin kiçik tərəfdaşı olarsa, Çin və Rusiya arasında sıx əlaqələr ABŞ üçün problem yaradacaq. Dövlət Departamenti kimi ABŞ-ın ən önəmli dövlət strukturuna rəhbərlik edən Marko Rubio görünür hələ də fərqində deyil ki, Rusiya çoxdan Çinin kiçik tərəfdaşıdır.

Bunu sübut edən çoxsaylı məqamlar var. Çinin Rusiyadan 7-8 dəfə böyük iqtisadiyyata və ciddi texnoloji üstünlüyə malik olması Moskvanı Pekinin kiçik tərəfdaşına çevirib. Sovet İttifaqının dağılmasından sonra Rusiya dəfələrlə mübahisəli ərazilərlə bağlı Çinə güzəştə gedib. Daha sonra Çin Rusiyanın razılığı olmadan bəzi əraziləri özünün sərhədlərinə daxil etsə də, Moskva buna açıq etirazını bildirməyib.

Bu gerçəkliyi isə ABŞ təkbaşına dəyişmək iqtidarında deyil. Rusiyanın Çinin asılılığından çıxarmaq üçün ABŞ-ın siyasi-diplomatik dəstəyi ilə yanaşı,

Avropanın enerji bazarlarının yenidən Moskvanın üzünə açılması lazımdır. Avropa isə belə bir niyyətdə deyil. Əksinə, Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdə və genişləndirməkdə davam edirlər. Buna görə də ABŞ-ın arzu və istəklərindən asılı olmayaraq Rusiyanın Çindən asılılığı artmaqda davam edəcək.

Rusiyanı Çinin asılılığından qurtarmaq üçün Avropa ilə münasibətlərini zədələyən, Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı Ağ evdə şou düzəldən Tramp administrasiyası sonda müttəfiqlərini də itirə bilər. Avropanın aparıcı siyasi liderləri artıq ABŞ-la müttəfiqliyin sual altına düşdüyünü bəyan edirlər. Avropa özünü müdafiə etmək üçün bütün resurslara sahib olsa da, ABŞ-ın bir sıra müttəfiqləri haqqında bunu demək mümkün deyil. Çin Hərbi Dəniz Qüvvələri Avstraliya və Yeni Zelandiya hökumətlərini xəbərdar etmədən bu ölkələrə yaxın beynəlxalq sularda döyüş mərmilərindən istifadə etməklə hərbi təlimlər keçirib. Çin eyni zamanda Vellinqtonla məsləhətləşmədən Yeni Zelandiya ilə sərbəst assosiasiyada özünü idarə edən Kuk adaları ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Tailand hökuməti də Pekinlə münasibətlərdə güzəştcil mövqe tutmağa başlayıb və 40 uyğur türkünü Çinə ekstradisiya edib. Marko Rubio Tailand hökumətinin bu addımını tənqid etsə də, belə bir vəziyyətin yaranmasına Tramp administrasiyasının siyasətinin səbəb olduğunu anlamır. Aydın görünür ki, Avstraliya və Yeni Zelandiya kimi, Tailand da Bayden administrasiyasının vaxtında olduğu kimi Vaşinqtonun birmənalı dəstəyinə ümid etmir.

Bütün bunlar Ağ evdə Ukrayna prezidentinin iştirakı ilə baş verən qalmaqalın səbəb olduğu ilkin acı nəticələrdir. Trampın prezidentliyinin sonuna isə hələ çox var və buna görə dünya Ağ evdəki hadisənin doğuracağı daha ağır nəticələrə hazır olmalıdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri