Icma.az
close
up
RU
Qlobal ticarət müharibəsi başladı Xa­qa­ni Cəfərli yazır

Qlobal ticarət müharibəsi başladı Xa­qa­ni Cəfərli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

ABŞ Prezidenti Donald Tramp aprelin 2-də qlobal ticarət tərəfdaşları üçün yeni tariflər elan etdi. Tramp bu qərarını ABŞ-da istehsalı canlandırmaq və ədalətsiz hesab etdiyi qlobal ticarət sistemini dəyişdirmək istəyi ilə izah edir. Təxminən 180 ölkəyə qarşı tariflərin tətbiq olunduğu 2 apreli Tramp "Qurtuluş Günü" və Amerikanın iqtisadi müstəqilliyinin elan edildiyi gün kimi xarakterizə edib. Birtərəfli iqtisadi kapitulyasiya siyasətinin bundan sonra davam etməyəcəyini bildirən Tramp yenə də Amerikanı yenidən böyük və zəngin edəcəklərini vəd edib. İqtisadçılar isə Trampın bu vədinin gerçəkləşəcəyinə inanmırlar. Əksər iqtisadçılar və ekspertlər hesab edirlər ki, Tramp "Amerikanı yenidən zənginləşdirmək" məqsədinə nail olmayacaq. Əksinə, ekspertlər iqtisadiyyatın tənəzzül edə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

ABŞ-nin keçmiş maliyyə naziri Lourens Sammers Trampın elan etdiyi tarifləri 1970-ci illərin neft şoku ilə müqayisə edib. Hazırda Harvard Universitetinin professoru olan Lourens Sammers qeyd edib ki, tariflərin nəticəsi olaraq inflyasiya və işsizlik artacaq, investisiyalar isə azalacaq. Nüfuzlu iqtisadçı hesab edir ki, bütün bunlar həm xarici əlaqələrə, həm də milli təhlükəsizliyə çox ciddi təsir edəcək.

Ağ Evin baş strateqi və 2025-ci ildən Trampın baş müşaviri olan Peter Navarro hesab edir ki, tətbiq olunan tariflər ABŞ büdcəsinə ildə 700 milyard dollar əlavə gəlir gətirəcək. Peter Navarro Trampın elan etdiyi idxal tariflərinin ideoloqu hesab olunur.

"Bloomberg"in köşə yazarı Castin Foks qeyd edir ki, bu məbləğ ABŞ-nin hazırkı gömrük gəlirindən təxminən doqquz dəfə çoxdur və reallaşma ehtimalı azdır. Foks mövqeyini belə əsaslandırır ki, bu məbləğ hazırkı Ümum Daxili Məhsulun 2.4 faizi qədərdir. Halbuki son iki yüz ildə rüsumlardan əldə olunan gəlirlər ÜDM-in 2 faizini keçməyib. Belə bir hal yalnız 1820-1830-cu illər arasında müşahidə olunub. Trampın nümunə götürdüyü Uilyam MakKinlinin prezidentliyi dövründə (1897-1901) tətbiq etdiyi yüksək tariflərdən əldə olunan vəsait ÜDM-in yalnız 1 faizini təşkil edib. Üstəlik, Tramp idxalatın azalmasına və yerli istehsalın bərpasına da çalışır ki, bu da büdcəyə əlavə 700 milyard dolların daxil olacağını mümkünsüz edir.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun baş əməkdaşı Meri Lavli Trampın elan etdiyi tarifləri dəyərləndirərkən deyib ki, bu tədbirlər "qorxduğumuzdan daha pisdir". İqtisadçı hesab edir ki, ABŞ-nin Böyük Depressiyadan çıxmasını ləngidən əsas məsələ məhz 1930-cu ildə tariflərin kəskin şəkildə artılması olub.

"Pictet Asset Management"in baş strateqi Luka Paolini isə Trampın "Qurtuluş Günü"nün ardınca "qisas günü"n gələcəyi ilə bağlı xəbərdarlıq edib. Paolini hesab edir ki, kütləvi tariflər ABŞ-da tənəzzül ehtimalını artıracaq.

Dünyanın aparıcı makroiqtisadçılarından hesab olunan Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun baş elmi işçisi Moris Obstfeld deyib ki, Tramp faktiki olaraq qlobal iqtisadiyyata müharibə elan edib: "Bunun dağıdıcı nəticələri də qlobal olacaq və şübhəsiz ki, ABŞ iqtisadiyyatına da zərbə vuracaq".

Maliyyə məsləhətçi firması "deVere Group"un baş icraçı direktoru Naycel Qrinə görə, bu tariflər minlərlə gündəlik malın qiymətlərini yüksəldəcək və inflyasiyaya təkan verəcək.

"Tigress Capital Partners" şirkətinin aparıcı mütəxəssisi Jan Erqas hesab edir ki, Trampın tarifləri ABŞ-nin dünyanın qalan hissəsi ilə üfüqi ticarət əlaqələrinin kəsilməsinə, Birləşmiş Ştatların təcrid edilmiş iqtisadi adaya çevrilməsinə səbəb olacaq.

Trampın idxal tariflərini açıqlamasından sonra ABŞ-nin əsas ticarət tərəfdaşları Ağ ev sahibinin bu addımı pisləyərək Vaşinqtonu cavab tədbirləri ilə hədələyiblər.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampın elan etdiyi tarifləri qlobal iqtisadiyyata ciddi zərbə adlandıraraq əks tədbirlər görməyə hazırlaşdıqlarını bəyan edib. Vaşinqtonla ticarət danışıqları aparmağa hazır olduqlarını, ancaq bunun üçün edilən bütün cəhdlərin heç bir nəticə vermədiyini bildirib. Xanım Ursula fon der Leyen Avropa İttifaqının maraqlarını qorumaq üçün Brüsselin "əlində çoxlu kartlar"ın olduğunu da bəyan etməkdən çəkinməyib. 

Fransa və bir sıra digər Avropa ölkələri isə Avropa Komisiyasını ABŞ-a qarşı antiməcburiyyət alətindən istifadə etməyə çağırır. Trampın elan etdiyi tariflərə hələlik heç bir ölkə cavab tədbiri görməsə də, ABŞ fond indeksləri düşməyə başlayıb. ABŞ-nin nəhəng texnologiya şirkətlərinin səhmlərində ucuzlaşma baş verib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Avropa İttifaqı və üçüncü ən böyük iqtisadi gücü olan Çinin cavab tədbirləri həmin şirkətlərin səhmlərini daha sürətlə ucuzlaşdıracaq.

Trampın tətbiq etdiyi idxal tariflərin doğuracağı nəticələrdən Vaşinqtonda da narahat olmağa başlayıblar. ABŞ Senatı Trampın Kanadadan idxal olunan mallara 25 faizlik gömrük rüsumları tətbiq edilməsi ilə bağlı sərəncamına son qoyan qətnamə qəbul edib. Senatda Respublikaçılar Pariyası çoxluğa malik olsa da, dörd respublikaçı senatorun demokratlarla birgə səsverməsi qətnamənin qəbul olunmasına səbəb olub. Qətnamənin qüvvəyə minməsi üçün Nümayəndələr Palatası tərəfindən də dəstəklənməlidir. Ekspertlər hesab edir ki, Senatdan fərqli olaraq Nümayəndələr Palatası prezidentin qərarının əleyhinə çıxması ehtimalı azdır. Ancaq ekspertlər Senatın Kanada mallarına tariflər tətbiq etməyə imkan verən fövqəladə vəziyyətə son qoyulması ilə bağlı qərarı Trampın mövqeyinin Vaşinqtonda çox da güclü olmadığını göstərir. Buna görə də belə bir rəy mövcuddur ki, Trampın aprelin 2-də elan etdiyi tariflərin ABŞ iqtisadiyyatına mənfi təsiri hiss olunan zaman Konqres bu tarifləri ləğv edə bilər. Kanadadan idxal olunan mallara tətbiq olunan mallara 25 faizlik tarifin ləğv olunması ilə bağlı Senatın qərarı bəzi respublikaçı senatorların Trampın tarif siyasətindən nə qədər narahat olduğunu göstərir. Hələlik isə dünya Trampın başlatdığı qlobal ticarət mərhələsinə daxil olub. Qlobal ticarət müharibəsinin dərinləşəcəyi halda çoxsaylı siyasi və hərbi münaqişələr doğuracaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see381

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see210

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see207

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see200

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see188

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see175

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see175

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see175

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see173

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see171

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see171

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see170

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see169

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see168

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see168

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see168

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see166

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see161

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see159

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri