Icma.az
close
up
RU
Ağ Evdən Bakıya sürpriz bağlama: Bu, sadəcə Əliyevə göndərildi, Paşinyan isə...

Ağ Evdən Bakıya sürpriz bağlama: Bu, sadəcə Əliyevə göndərildi, Paşinyan isə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyəsi böyük maraqla qarşılandı. Ağ Ev rəhbəri dövlət başçımıza Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan üçtərəfli görüşün fotolarını göndərib.

Fotoların birində, “İlham, siz böyük lidersiniz”, başqa birində isə “İlham, siz böyüksünüz” sözləri və Trampın imzası qeyd olunub.

ABŞ prezidentinin sözügedən addımı sadəcə protokol qaydasıdır? Bunun arxasında hansı xüsusi mesajlar dayanır?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov bildirib ki, Donald Tramp ilk dəfədir belə bir addım atır:

Həmçinin oxuyun:

Erməni mediası tirajladı: “İlham, sən böyük lidersən!” – FOTO

“Hazırkı məlumatlara görə, Ermənistanın Baş naziri Nikol Paşinyana sözügedən hədiyyə təqdim edilməyib. Bu isə o deməkdir ki, Donald Tramp İlham Əliyevi böyük lider kimi qəbul edir. Yəni bu davranışı diplomatik jest kimi dəyərləndirmək olar.


Vəli Əlibəyov

Tramp özünü sülh danışıqları aparan şəxs kimi dünyaya təqdim etmək istəyir. O, vaxtilə milyonlarını da danışıqlar yolu ilə qazanıb, siyasətdə də özünü “möhtəşəm danışıqlar aparan lider” obrazında göstərməyə çalışır. Ağ Ev rəhbəri görüşdüyü dövlət başçıları səmimi münasibətlər qurmağa önəm verir.

Lakin bu addımı hər liderə münasibətdə etmir. Prezident İlham Əliyevə belə bir hədiyyə göndərməsi və onu “böyük lider” adlandırması Azərbaycanla gələcək əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Qarşıda birgə layihələrin gündəmdə olduğu da istisna deyil. Buna görə də Tramp Azərbaycan Prezidenti ilə daha sıx əlaqələr yaratmaq niyyətindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri