Icma.az
close
up
RU
“Azarkeşlərimiz avrokubok xəyalı qura bilər”

“Azarkeşlərimiz avrokubok xəyalı qura bilər”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XII turunda doğma meydanda “Qarabağ”la qolsuz bərabərliyə (0:0) razılaşan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Salam, axşamınız xeyir olsun. Hamını görməyə şadam. Oyun haqqında onu deyə bilərəm ki, bu gün Azərbaycan futbolunun tanınmasında həm məşqçi, həm də komanda kimi böyük töhfələr vermiş kollektivə qarşı oynayırdıq. Həmişə olduğu kimi, bu gün də güclü olan rəqiblə qarşılaşdıq. Bizim üçün çox çətin və ağır matç oldu. Buna baxmayaraq, komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi. Etiraf edim ki, ilk hissədəki qol epizodlarımızdan yararlansaydıq, hətta hesabı aça və qələbə də qazana bilərdik. Eyni zamanda, “Qarabağ”ın da şansları oldu. Düşünürəm ki, bugünkü görüşün ən ədalətli nəticəsi elə heç-heçə idi və belə də bitdi. Xüsusilə qeyd etməliyəm ki, bu gün Gəncə stadionunun tribunalarını dolduran azarkeşlərimizə sonsuz təşəkkürümü bildirirəm. Onların dəstəyini hər an hiss edirdik. Komandamız ən yaxşı matçlarından birini keçirdi və həm azarkeşlərə, həm də futbolçularıma bu gözəl atmosferə görə minnətdaram.

– Cari mövsümdə ilk dəfə beşli müdafiə ilə oynadınız. Milli fasiləsində “Qarabağ”dan xal almaq üçün belə plan hazırlışdınız? Güclü rəqiblərlə görüşlərdə bu taktikanı “silah” kimi istifadə etməyi düşünürsünüz?

– “Qarabağ”ı təhlil edərkən onların əsas gücünü cinahlarda görürdük. Cinahlarda həddindən artıq təhlükəli və yaradıcı futbolçuları var. “Qarabağ”ın həm “Qəbələ”, həm də “Turan Tovuz”la oyunlarını analiz etdik. Gördük ki, dördlü müdafiə oynayan komandaların cinahlarında boşluqlar yaranır və “Qarabağ” o zonaları asanlıqla yarır. Beşli müdafiədə də tamamilə yara bilmirlər deməzdim, amma dördlü ilə müqayisədə daha çox çətinlik çəkirlər. Biz də düşündük və milli fasiləsindən etibarən məşqlərə beşli müdafiə üzərində başladıq, 5-3-2 sistemi ilə hazırlaşdıq. İlk dəfə bu sxemlə çıxış etməyimizə rəğmən, komanda özünü çox yaxşı göstərdi.

– Birinci hissədə komanda həqiqətən yaxşı oynadı və önə də çıxa bilərdi. Lakin ikinci yarıda ilk hissədəki təzyiqi görmədik. Bu, futbolçuların fiziki yorğunluğu ilə bağlı idi, yoxsa kompakt müdafiədən əks-hücumlara yönəlmək tapşırığınız idi?

– Təşəkkür edirəm. Məni sevindirən əsas məqamlardan biri odur ki, bu gün qol buraxmadıq. Ümumiyyətlə, son oyunlarda qapımıza az top buraxırıq. Bunun səbəblərindən biri də məhz kompakt müdafiə quraraq əks-hücumlarda rəqibi cəzalandırmağa çalışmağımızdır. Razıyam, birinci hissədə yaxşı imkanlarımız oldu; ikinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu yarandı. Lakin etiraf edim ki, heyətimizdə o qədər geniş ehtiyat qüvvə yoxdur ki, hər matçda geniş rotasiyalar edək. Təxminən yeddi-səkkiz futbolçumuz demək olar ki, hər oyunda meydanda olur. Buna görə də yorğunluq qaçılmazdır. Hər halda, futbolçuların tez bərpa olunması üçün çalışır və gücümüz çatdığı qədər bu tempdə irəliləməyə cəhd edirik.

– Səhv etmirəmsə, təxminən iki ay Gəncədən ayrı düşəcəksiniz. Bu uzun səfər marafonunda komanda özünü necə hiss edəcək? Axı “Kəpəz”in 12-ci oyunçusu məhz azarkeşlərdir və bu amil xal yığmaqda sizə mane ola bilərmi?

– Dekabrın 22-sinə qədər təxirə salınmış oyun və kubok matçı da daxil olmaqla altı ağır görüşümüz var. Ayın 28-də isə “Turan Tovuz”la oyunumuz olacaq. Bizim üçün hər qarşılaşma çətindir – istər “Turan Tovuz”, istər “Şamaxı”, “Qəbələ”, “Sumqayıt” olsun, istərsə də yenidən səfərdə “Qarabağ”la çıxış edək. Qarşıda sıx qrafik və çətin dövr gözləyir, amma rəqiblərlə üz-üzə gəlməyə məcburuq. Bu mərhələdə ən önəmli amil futbolçuların bərpa və vitaminizasiya prosesləridir. Maksimum şəkildə bu imkanlardan yararlanıb komandanı həmin oyunlara hazırlayacağıq.

– Futbolçuların çatışmazlığından və səfər oyunlarından danışdınız. “Kəpəz” 12 turdan sonra hələ də avrokuboklar zonasındadır və azarkeşlər bu arzunu ürəklərində hiss edirlər. Bu vəziyyət sizi narahat etmir ki?

– Açığını deyim ki, narahatam. Azarkeşlər, əlbəttə, “Kəpəz” üçün ən yaxşısını və ən böyüyünü istəyirlər. Amma reallıqlar var – müasir futbolda maliyyə həlledici rol oynayır. Bizim büdcəmiz bəllidir və buna uyğun olaraq maksimum nəticə göstərməyə çalışırıq. Qorxuram ki, bu ab-hava klubun içinə sıçrasın və komandada eyforiya yaratsın. Biz mövsümün əvvəlində qarşımıza qoyduğumuz əsas hədəfə çatmaq üçün mübarizə aparırıq. Həmin məqsədə çatdıqdan sonra, əlbəttə, kim istəməz ki, daha irəli getsin? Əgər azarkeşlərin arzuladığı kimi avrokuboklara vəsiqə qazana bilsək, bu, böyük sensasiya olar. Ən sevindirici hal isə odur ki, bu gün artıq heç kim “Kəpəz”ə qarşı asan qələbə haqqında düşünmür. Komandamızla hesablaşırlar, onu seçirlər. Bu amil həm “Kəpəz”, həm də Gəncə üçün vacibdir; futbolçulara inam və güvən verir.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Noyabr 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri