Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Ağalar Vəliyev: Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı

Ağalar Vəliyev: Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir.

Bu fikirləri mediaya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq. Belə ki, keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb.

Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük - rekord səviyyədə - büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub. Təsadüfi deyil ki,  bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosessi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir. 

Dövlətimizin başçısının müsahibəsində toxunduğu daha bir məsələyə - COP29-un təşkili məsələsinə münasibət bildirən parlamentari deyib ki, bu tədbirin uğurla keçirilməsi Azərbaycanın qətiyyətini və prinsipiallığını bir daha ortaya qoydu. Belə ki, uzun illər ərzində həllini gözləyən karbon bazarları ilə bağlı razılaşma məhz Bakıda öz həllini tapdı, COP-un əsas mövzularından biri olan maliyyələşmə məsələsi ilə bağlı əvvəl razılaşdırılmış rəqəm üç dəfə artırılaraq 300 milyard dollara çatdırıldı.

Əlbəttə ki, bu böyük nailiyyətdir. Özü də nəzərə alsaq ki, bu nailiyyət bəzi ölkələrin COP29-u boykot etmək çağırışı fonunda qazanıldı, o zaman bunun əhəmiyyəti daha da artmış olur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti beynəlxalq aləmdə uğurlu, düzgün və məqsədyönlü iş aparır.

Xarici siyasətimizin əsas istiqamətləri baxımından cənab Prezidentin müsahibəsində vurğulanan məqamlara diqqət çəkən millət vəkili ölkəmizin beynəlxalq təşkilatlarda üzvlüyü, regional və qlobal proseslərə təsiri imkanlarından  bəhs edərək bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilat olan, onların  iqtisadiyyatının 60 faizini təşkil edən D8-ə üzvlüyü ölkəmizin nüfuzunu, iqtisadi gücünü bir daha göstərir. Dünyada mövcud olan 60 müsəlman ölkəsi arasında ilk genişlənmədə məhz Azərbaycanın bu təşkilata üzv seçilməsi, həm də dövlətimizin və onun başçısına etimadın təzahürüdür.

Heç şübhəsiz ki, Azərbaycan bu təşkilatın işində də fəal iştirak edəcək və onun fəaliyyətinə töhfə verəcək. Çünki ölkəmiz bu gün Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir, bir neçə il əvvəl dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, dövlət başçısının müxtəlif məsələlərə ölkəmiz tərəfindən adekvat cavabın verilməsi ilə bağlı dedikləri Azərbaycanın bu gün bölgədə və dünyada cərəyan edən hadisələrə təsir etmək iqtidarında olduğunu, müstəqil siyasət yürütdüyünü, hər bir ölkəyə və prosesə münasibətdə özünün baxışına malik olduğunu söyləməyə əsas verir.

Xarici siyasətlə bağlı cənab Prezidentin açıqlamaları həm də onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır, eyni zamanda, dünya ölkələri bölgə ilə bağlı siyasətlərində rəsmi Bakının maraqlarını mütləq nəzərə almalıdırlar.

Qlobal və regional dəyişiklikləri, yeni realliqları və çağırışları ölçüb-biçməli olan Ermənistan dövlət başçımızın bu kontekstdəki tövsiyyələrinə və məsləhətlərinə qulaq asmalı, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul etməli və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır.

Çünki hazırda regionda yaranan vəziyyət bunu diktə edir. Azərbaycan gündən-günə güclənir, Şərq ilə Qərb arasında əvəzolunmaz halqaya, habelə bir çox beynəlxalq siyasi və iqtisadi təşkilatlarda aparıcı güvvəyə çevrilir. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinə, regional sabitliyə mühüm töhfələr verir. Bütün bunlar isə artan iqtisadi gücümüz sayəsində mümkün olur.  

Dövlətimizin başçısının Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz şəkildə, ləyaqətlə qayıtmaqla bağlı fikirlərinə də toxunan Ağalar Vəliyev sonda vurğulayıb ki, soydaşlarımızın Qərbi Azərbaycana və Qərbi Zəngəzura yerləşəcəkləri vaxta qədər bu məsələnin gündəlikdən çıxarılmayacağı ilə bağlı bəyanat, heç şübhəsiz, bir daha Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir. Çünki dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür və inanırıq ki, Qərbi azərbaycanlılarla bağlı məsələdə də bu belə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri