Icma.az
close
up
RU
Ağalar Vəliyev şəhid ailələri və qazilərlə görüşdü FOTO

Ağalar Vəliyev şəhid ailələri və qazilərlə görüşdü FOTO

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda 8 noyabr – Zəfər Gününə həsr olunan konfransda iştirak edib.

Konfransdan öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə tər gül dəstələri qoyulub. 

“Şanlı qürur tariximiz” adlı konfransda çıxış edən Milli Məclisin üzvü, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və başqa natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Vətən müharibəsində əldə olunan tarixi Qələbənin arxasında müdrik siyasi və hərbi diplomatiya, xalq-dövlət birliyi, möhtərəm Prezidentimiz İlham Əliyevin dərin zəkası və uzaqgörən siyasəti dayanır. Bu gün Azərbaycan şanlı Zəfərimizdən və doğma Qarabağımıza Böyük Qayıdışımızdan  irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır. 

Böyük qələbəmizin qazanılmasında əziz xatirələri hər zaman ehtiramla yadd olunan qəhrəman şəhidlərimizin, eləcə də igid qazilərimizin misilsiz  xidmətləri olub. Həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən Xaçmaz rayonun sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalaraq Vətənin müxtəlif orden və medalları ilə təltif edilib.

Tədbirdə xüsusi olaraq vurğulanıb ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub. 

Konfransda və konfransdan sonra şəhid ailələri və qazilərlə keçirilən  görüşdə bildirilib ki, ölkə rəhbərliyinin bu istiqamətlərdəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı Seçki Dairəsi üzrə  Xaçmaz rayonundan olan şəhid ailələrinə və Qarabağ əlillərinə həmişə həssaslıqla yanaşıb,  öz maddi və mənəvi dəstəyini onlardan əsirgəməyib. 

Beləki, deputatın təşəbbüsü və təşkilatçılığı ilə cari ilin oktyabr ayında Xaçmaz rayonundan şəhid və qazi ailəsi üzvləri daxil olmaqla 62 nəfər Şuşa-Xankəndi-Laçın turuna göndərilib, 2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Vətən müharibəsinin, 2023-cü ilin Antiterror əməliyyatının 27 şəhidinin ailəsinə ildönümü mərasimlərinin keçirilməsi üçün maliyyə dəstəyi göstərilib və şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq 550 nəfərlik ehsan mərasimi təşkil edilib.

Həmçinin, Zəfər Günü münasibətilə 111 şəhid ailəsinə və 119 Qarabağ əlilinə sosial problemlərinin həllinə köməklik məqsədilə maliyyə dəstəyi göstərilib. Görüş iştirakçılarına bildirilib ki, millət vəkili tərəfindən qeyd olunan, eləcə də, digər istiqamətlərdə müvafiq işlər bundan sonra da davam etdiriləcək.

Səmimi şəraitdə keçən görüşün iştirakçıları şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri