Icma.az
close
up
RU
Ağdam sakini qaynının suyunu kəsən agentlik işçilərinə hücum etdi, həbs olundu

Ağdam sakini qaynının suyunu kəsən agentlik işçilərinə hücum etdi, həbs olundu

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdam rayonunda Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarına hücum edən şəxs həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları qəsəbə sakini Rahil Murtuzayev istifadə etdiyi suyun pulunu ödəmədiyi üçün onun ünvanına gələrək, abonentə verilən su xəttini kəsmək istəyiblər. Bu vaxt məsələdən xəbər tutan R.Murtuzayevin yeznəsi İsmət Əliyev (soyadı şərtidir) əraziyə gələrək agentlik əməkdaşlarına mane olub. O, qurum əməkdaşlarını təhqir edərək onlara hücum çəkib.

Problemi aradan qaldırmaq üçün agentlik əməkdaşları əraziyə polis əməkdaşlarını çağırıblar. Polis əməkdaşları hadisə yerinə gələrək İsməti sakitləşdirmək istəsələr də, o, heç nəyə məhəl qoymadan hərəkətlərinə davam edib. Vətəndaş onları qorxutmaq üçün Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq guya özünün və qaynının polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı araşdırma başlanılıb və İsmət Əliyevlə Rahil Murtuzayev müayinə üçün xəstəxanaya aparılıb. Müayinə zamanı İ.Əliyev və R.Murtuzayevin üzərində heç bir xəsarət izi aşkar edilməyib, İ.Əliyevin polisə yalan məlumat verdiyi üzə çıxıb. Hadisə zamanı İ.Əliyev xəstəxananın pəncərəsinin şüşələrini də qırıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əliyev 10 sutka inzibati qaydada həbs edilib.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri