Icma.az
close
up
RU
Ağdərəyə ikinci köç!

Ağdərəyə ikinci köç!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Həsənriz sakinlərinin sayı 166 oldu...

İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra keçmiş köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağı ilə bağlı vədlər verən ölkə başçısının sözləri hər keçən gün sürətlə reallığa qovuşur. Demək olar ki, hər həftə Qarabağ torpaqlarına köç karvanı yola salınır.

1993-cü ildə ermənilərin işğal etdiyi, xarabalığa çevirdiyi Ağdərə yenidən qurulur. 32 il torpaq həsrətini çəkən ağdərəli məcburi köçkünlər öz evlərinə, isti ocaqlarına köçürlər.

İkinci köç...

Dünən Ağdərə rayonunun Həsənriz kəndinə növbəti-ikinci köç karvanı yola salınıb. Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Xatırladaq ki, bir neçə gün öncə - martın 3-də Ağdərəyə ilk köç karvanı yola salınmışdı. Həmin gün 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Beləliklə, dünənki köç mərhələsi də daxil olmaqla Həsənrizə köçürülən ailələrin sayı 50-yə çatıb.

32 il öncə işğal edilmişdi...

1993-cü il iyulun 7-də Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan Ağdərə rayonu və onun kəndlərini işğal etmişdilər. İşğala qədər Ağdərənin 14 kəndində və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayırdı. İşğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar.

İşğal altında olan dövrdə rayonun kəndləri Ağdam, Kəlbəcər, Tərtər rayonlarının inzibati tərkibində olub. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi düşmən əsarətində saxlanılıb.

Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan rayon faydalı qazıntılarla - polimetal yatağı, əhəng­daşı və gipslə zəngindir. Ağdərə mü­hüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən avtomobil yolları var idi.

Ağdərənin azad olunması

Azərbaycan Ordusunun şanlı qələbələrindən olan 2016-cı ilin Aprel döyüşləri nəticəsində Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Ağdərə rayonunun da ərazisinin bir hissəsi işğaldan azad edilmişdi. Rəşadətli Ordumuzun sarsıdıcı zərbəsi ilə Ağdərə rayonunun Talış və Seysulan kəndləri düşməndən təmizləndi. Bu şanlı qələbə bütün qaçqın və məcburi köçkünlərimiz kimi, ağdərəlilərdə də doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qəti inam yaratmışdı.

Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısı noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən  zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında bununla bağlı demişdi: “Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz, həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri