Icma.az
close
up
RU
“Ağıllı su şəbəkəsi” idarəetməsinə keçid

“Ağıllı su şəbəkəsi” idarəetməsinə keçid

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Su Ehtiyatları Agentliyi və “Esyasoft holding” arasında su ehtiyatlarının idarə edilməsi, paylanması və “ağıllı sayğac”lar üzrə Anlaşma Memorandumu mübadilə edilib. Sənədi İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Esyasoft holding”in direktoru Bipin Çandra mübadilə ediblər.

Memorandum Azərbaycanda “Ağıllı su şəbəkəsinin idarəetmə sistemi”nin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə tərəflər layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texniki-iqtisadi əsaslandırmanı, həmçinin layihənin icra planını hazırlayacaqlar.

Layihə su ehtiyatlarının idarə edilməsi və paylanması infrastrukturunun modernləşdirilməsinə, texniki və kommersiya su itkilərinin azaldılmasına, eləcə də istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni sistem ağıllı su sayğacları vasitəsilə məlumatların məsafədən toplanmasını və emalını, su şəbəkəsinin monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmə həllərini əhatə edəcək.

Sənədə əsasən, SOCAR layihənin maliyyələşdirmə modelinin və mümkün dövlət-özəl tərəfdaşlığı çərçivəsinin hazırlanmasına, həmçinin nasos sistemlərinin işinin optimallaşdırılması da daxil olmaqla, su təchizatı sistemləri üçün enerji səmərəli həllərin işlənib hazırlanmasına cavabdeh olacaq.

Keçid zamanı “Esyasoft Holding”in smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, Azərbaycanda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə həyata keçirilən “Ağıllı qaz şəbəkəsinin transformasiyası layihəsi” çərçivəsində əldə edilmiş təcrübədən istifadə olunması da nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri