Icma.az
close
up
RU
Ağır çantalarla yüklənən kiçik məktəblilər: Bəs beynəlxalq standart necədir?

Ağır çantalarla yüklənən kiçik məktəblilər: Bəs beynəlxalq standart necədir?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova şagirdlərin çantalarının onların sağlamlığına zərbə vurduğunu açıqlayıb.

Sədr sosial səhifə hesabında 11 yaşlı uşağın məktəbə apardığı çantasının fotosunu paylaşıb:

"Bu çanta 11 yaşlı uşağın qaldırdığıdır. Mənə elə gəlir təhsil ekspertləri məsələni gündəmə gətirməlidir. Azərbaycanda bizim dövrümüzdə skolioz, kifoz kimi xəstəliklər o qədər də tanınmırdı. 7 yaşından başlayaraq 10 ay uşaq bu ağır yüklə məktəbə gedir. Uşağın formalaşmamış orqanları yükdən əyilir. Hamı məktəbə uşağını maşında aparmır ki... Əgər uşaqların sağlam inkişafından danışırıqsa, bu mövzu ciddi müzakirə edilməlidir. Dərs proqramlarının çətinliyi zehni gərginlik yaradırsa, əlavə olaraq da yaşına uyğun olmayan ağırlığı qaldırmaq, sözsüz ki, uşağın inkişafını ləngidir”.

Mehriban Zeynalova vurğulayıb ki, son günlər doğuşun azalması ilə bağlı müzakirələrdə bu problem qabardılır:

"Bütün orqanları əyilmiş gəncin uşaq dünyaya gətirə bilməsi mümkünsüzləşir”.

Ölkə.az xəbər verir ki, təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, ağır məktəbli çantası problemi ara-sıra gündəmə gəlsə də, kölgədə saxlanılan, ciddi qəbul olunmayn məsələ kimi dəyərləndirilir:

"Amma bu, kökündən yanlışdır. Tam əminliklə deyə bilərəm ki, şagirdlərin hazırda üzləşdiyi ağır çanta problemi onların gələcəkdə zehni, fizioloji-psixoloji inkişafına mənfi təsir göstərəcək. Bunun belə olacağı çox təəssüf ki, yüksək ehtimalla dəyərləndirilir. Kimsə bunu bunu ciddi məsələ kimi qəbul etməyə bilər, amma məsələnin əsaslandırılması çox vacibdir. Bu gün dünya standartlarında məktəbli çantasının çəkisi şagird çəkisinin 10%-dən yuxarı çıxmamalıdır. 10% maksimal göstəricidir. Bu 7-8, hətta 6%-də ola bilər. Məsələn, ibtidai sinifdə oxuyan bir uşağın çəkisi 40 kilodursa, heç zaman 4 kilodan artıq çanta qaldırmamalıdır. Burada qan dövranının hərəkət mexanizmi var, skolioz, onurğa ilə bağlı olan bir çox ciddi məsələlər var ki, bu, davamlı şəkildə il boyu həyata keçdikdə şagirdin fizionomiyasına ciddi təsir edir”.

Elmin Nuri əlavə edib ki, aparılan araşdırmalar və dünya təcrbəsi ağır məktəbli çantasının şagirdin dərsə olan marağına da ciddi təsir göstərdiyini vurğulayıb:

"Hər kəs dərsə maşına getmir, uşaqlar çantasını çiyinlərində daşıyır. Bu, hələ dərs başlamamış uşaqlarda yorğunluq yaradır. Məsələnin görünməyən tərəfləri çoxdur. Beynəlxaq standartlarda nəinki çantanın, hətta bir məktəbli üçün lazım olan dərs vəsaitinin də xüsusi çəkisi göstərilir ki, bu, onu keçməməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Aprel 2025 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri