Icma.az
close
up
RU
Ağstafadan vətəndaş şikayəti: Əlillik dərəcəsi ilə bağlı araşdırma tələb olunur

Ağstafadan vətəndaş şikayəti: Əlillik dərəcəsi ilə bağlı araşdırma tələb olunur

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətəndaş Günəş Nəsirova saytımıza müraciət edərək bir şəxsin əlillik dərəcəsinin verilməsinin qanuniliyinin araşdırılmasını xahiş edib.

Doğru.az xəbər verir ki, müraciətdə Alıyev Alı Eyyub oğluna verilmiş əlillik statusu ilə bağlı ciddi suallar qaldırılır.

Müraciətdə qeyd olunur ki, təqdim olunan sənədlərdə Alıyev Alı Eyyub oğlunun guya I Qarabağ müharibəsində 1994-1997-ci illərdə iştirak etdiyi göstərilib. Vətəndaş bildirir ki, I Qarabağ müharibəsi 1994-cü ilin may ayında atəşkəslə başa çatıb və bu tarixdən sonrakı dövrdə döyüş əməliyyatlarında iştirak məsələsi hüquqi və faktiki baxımdan sual doğurur.

Günəş Nəsirovanın sözlərinə görə, mövcud məlumatlarda Alıyev Alı Eyyub oğlunun 1993-cü ildə zabitlik kursu keçdikdən sonra kiçik leytenant rütbəsi alaraq Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən hərbi hissələrdən birində xidmət etdiyi qeyd olunur. Müraciətdə vurğulanır ki, hərbi qanunvericiliyə əsasən, zabit kimi xidmət edən şəxslərin müəyyən müddət xidmət fəaliyyəti göstərməsi tələb olunur.

Müraciətdə bir sıra suallar açıq saxlanılır. Belə ki, sözügedən şəxsin hansı tarixlərdə və hansı hərbi hissələrdə xidmət etdiyi, hərbi xidmətin hansı əsasla dayandırıldığı, əlillik dərəcəsinin hərbi xidmətlə bağlı olub-olmaması, mümkün yaralanmanın harada və hansı şəraitdə baş verdiyi, bu faktlarla bağlı rəsmi hərbi və tibbi sənədlərin mövcudluğu məsələlərinin araşdırılması xahiş olunur.

Vətəndaş müraciətində, həmçinin Alıyev Alı Eyyub oğlunun faktiki sağlamlıq vəziyyəti və gündəlik həyat fəaliyyətinin ona əlillik dərəcəsinin verilməsi üçün əsaslı tibbi və funksional məhdudiyyətləri əks etdirmədiyini iddia edir.

Müraciətdə bildirilir ki, sözügedən əlillik statusundan istifadə edilməklə müxtəlif hüquqi və əmlak üstünlükləri əldə oluna bilər və bu hal digər vətəndaşların qanuni hüquqlarının pozulmasına səbəb ola bilər.

Günəş Nəsirova aidiyyəti qurumlardan – Müdafiə Nazirliyinin müvafiq strukturları, hərbi arxivlər, tibbi-sosial ekspertiza orqanları və digər rəsmi qurumlar tərəfindən məsələnin yenidən, obyektiv və hərtərəfli araşdırılmasını, qanun pozuntusu aşkar edilərsə müvafiq hüquqi tədbirlərin görülməsini xahiş edib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://dogru.az
archiveBu xəbər 17 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri