Ağsu aşırımında baş verən sürüşmənin SƏBƏBİ AÇIQLANDI
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Son günlər ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunan intensiv yağıntılar nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, baş vermiş sürüşmə nəticəsində yolun 147-ci kilometrliyində asfalt örtüyündə çatlar və çökmələr yaranıb.
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təhlükəli hissəyə xəbərdaredici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə ikitərəfli qaydada təşkil olunub. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır.
Hadisə ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur”, - deyə qurumdan əlavə edilib.
Bizim.Media
Baxış sayı:140
Bu xəbər 08 May 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















