Icma.az
close
up
RU
AHİK in “susqun putyovkası” Tanınmışlar etiraz edir SORĞU

AHİK in “susqun putyovkası” Tanınmışlar etiraz edir SORĞU

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər müxtəlif sahələrdə çalışan insanların Həmkarlar İttifaqlarının fəaliyyətsizliyindən, üzvlərin hüquqlarını lazımi səviyyədə qoruyub-qorumamasından narazılığı artır. Bu narahatlıq mədəniyyət, elm və ədəbiyyat cameəsində də səsləndirilir. Bu səbəbdən mövzu ilə bağlı tanınmış simaların fikirlərini öyrənməyə çalışdıq.
Bu gün Azərbaycanda həmkarlar ittifaqları işçilərin hüquq və maraqlarını layiqincə qoruyurmu? Üzvü olduğunuz və ya əlaqədə olduğunuz ittifaqın fəaliyyəti sizi qane edirmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən yazıçı-müəllim Qan Turalı bildirib ki, bir müəllim kimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının üzvüyəm. Keçən aydan e-ahik.az saytına “putyovka” üçün müraciət etmişəm.

Qan Turalının sözlərinə görə, ancaq bu ayın iyul ayında imtina cavabı gəlib. Özü də bu imtina mənim tətil üçün seçdiyim vaxtdan sonra gəlib. Təsəvvür edirsinizmi? Ümumilikdə, bu seçimin hansı əsaslarla aparıldığı da məlum deyil. Sadəcə, “Təsdiq gözlənilir” cavabı çıxır, ancaq bu cavab gəlmir ki, gəlmir. İmtina cavabı göstərilən tarixdə yer olmadığı ilə əsaslandırılıb. Bəli, bu əsaslı səbəb ola bilər, ancaq bunun üçün insan bir ay gözlədilərmi? Məncə, elə bu faktın özü hər şeyi ifadə edir.

Təhsil eksperti Kamran Əsədov isə Tribunainfo.az-a bildirdi ki, Azərbaycanda həmkarlar ittifaqları, xüsusilə elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar uzun illərdir hüquqi çərçivədə mövcud olsa da, onların faktiki rolu ciddi şəkildə zəifləmiş, işçilərin hüquqlarını qorumaq və maraqlarını müdafiə etmək funksiyası formal xarakter daşımağa başlamışdır:

“Bu vəziyyət təkcə əmək münasibətlərinin pozulması ilə nəticələnmir, eyni zamanda işçi–dövlət münasibətlərində sosial balansın pozulmasına səbəb olur. Əmək Məcəlləsinin 10-cu maddəsində qeyd olunur ki, işçilər həmkarlar ittifaqları vasitəsilə əmək, sosial və iqtisadi hüquqlarını qorumaq hüququna malikdirlər. Lakin bu hüququn reallıqda işləməsi üçün nə mexanizmlər fəaliyyət göstərir, nə də dövlət səviyyəsində bu sistemin canlandırılması üçün hər hansı strateji addım atılır.

Elm və təhsil sektorunda çalışan minlərlə müəllim, tədqiqatçı, metodist və digər əməkdaş bu gün həmkarlar ittifaqlarına formal üzvdür. Onlar hər ay maaşlarından üzvlük haqqı ödəyirlər, lakin bu ödənişlərin müqabilində hansı müdafiə, hansı hüquqi yardım və ya sosial dəstək alacaqları barədə dəqiq məlumata malik deyillər. 2023-cü ilin Hesablama Palatasının audit hesabatlarında bir neçə ali məktəbdə həmkarlar ittifaqının büdcə xərclərində şəffaflıq probleminin olduğu qeyd olunub. İttifaqa ayrılan vəsaitlərin əhəmiyyətli hissəsinin tədbirlərə və təşkilati xərclərə yönəldiyi, lakin işçilərin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərin minimal olduğu bildirilib. Bu da ictimai etimadın getdikcə zəifləməsinə səbəb olub.

Dünya təcrübəsi tamamilə fərqlidir. Məsələn, Skandinaviya ölkələrində – xüsusilə İsveç və Finlandiyada – müəllimlərin həmkarlar ittifaqları həm əməkhaqqı siyasətinə, həm dərs yükünün optimallaşdırılmasına, həm də peşəkar inkişaf imkanlarının genişləndirilməsinə dair hökumətlə kollektiv danışıqlarda əsas tərəf kimi çıxış edir. Fransada SNUipp və ya Almaniyada GEW kimi qurumlar müəllimlərin hüquqları pozulduqda kütləvi aksiyalar keçirir, dövlətlə sosial müqavilələr imzalayır və təhsil siyasətinə real təsir göstərirlər. Bu ölkələrdə həmkarlar ittifaqları yalnız tədbir və bayram təşkil edən qurumlar deyil, real sosial dəyişikliklərin təşəbbüskarlarıdır.

Azərbaycanda isə həmkarlar ittifaqları əsasən passiv fəaliyyət göstərir. Müəllimlərin haqsız sertifikatlaşdırma nəticələri, qeyri-şəffaf qiymətləndirmə, əmək müqavilələrinin birtərəfli ləğvi, əlavə dərs yükü və aşağı əməkhaqqı kimi problemlərində bu ittifaqlar nə mövqe bildirir, nə də hüquqi müdafiə təmin edirlər. Elm və Təhsil Nazirliyi isə bu prosesi izləyən və ya yönləndirən tərəf kimi çıxış etmir. Nazirlik həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində işçilərin maarifləndirilməsi, hüquqi müdafiə, sosial dəstək və etiraz mexanizmlərinin qurulması istiqamətində heç bir fəaliyyət göstərmir. Təhsil sistemində minlərlə işçinin hüquqlarının pozulmasına baxmayaraq, bu istiqamətdə nə hesabat, nə strateji plan, nə də proqnoz təqdim olunub.

Bəzi müsbət hallar var. İllik istirahət biletlərinin güzəştli verilməsi, yubiley tədbirlərində simvolik mükafatlandırma, qadınlar günündə cüzi hədiyyələr təqdim edilməsi və ya təqaüdə çıxan işçilərə təltif sənədlərinin verilməsi sosial psixoloji baxımdan müsbət təəssürat yaradır. Lakin bu tədbirlər həmkarlar ittifaqının mahiyyətini təşkil edən hüquq mübarizəsinin yerini verə bilməz. Əgər bir müəllim haqsız yerə aşağı nəticə ilə sertifikatlaşdırmadan keçə bilmirsə, ya da universitet əməkdaşı qeyri-şəffaf qərarla işdən çıxarılırsa, həmin müəllimin və ya əməkdaşın hüququnu qoruyacaq ilk və əsas struktur həmkarlar ittifaqı olmalıdır. Bugünkü reallıqda isə bu struktur ya həmin qərarı verən rəhbərliyin yanında dayanır, ya da sadəcə susur.

Nəticədə bu strukturun cəmiyyət və işçi qarşısındakı etibarı minimuma enib. Nə dəyişəcək sualının cavabı odur ki, əgər həmkarlar ittifaqları passiv müşahidəçi mövqeyindən çıxıb, əmək bazarının real oyunçusuna çevrilməsə, onların nüfuzu daha da azalacaq və işçilərin sosial müdafiəsizliyi dərinləşəcək. Nə dəyişməlidir? Həmkarlar ittifaqları struktur olaraq yenidən qurulmalı, onların fəaliyyət prinsipləri və hesabatlılıq mexanizmləri qanunvericiliklə aydın şəkildə müəyyən olunmalıdır. İşçilərin şikayət və təkliflərini qəbul edən müstəqil komissiyalar yaradılmalı, ictimaiyyətlə açıq ünsiyyət təmin olunmalı, hər ilin sonunda fəaliyyəti ilə bağlı hesabat ictimaiyyətə təqdim olunmalıdır.

Elm və Təhsil Nazirliyi isə həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı məsuliyyətdən kənarda qala bilməz. Əksinə, bu strukturların güclənməsi, şəffaflaşması və fəallaşması üçün təşəbbüskar rol oynamalı, ictimai nəzarəti təşviq etməlidir. Əks halda, təhsil işçiləri üçün həmkarlar ittifaqı anlayışı tədricən mənasını itirəcək və bu sistem kağız üzərində formal struktura çevriləcək. İnsanların hüququnu qoruyan yox, sadəcə təqvimdə tədbir keçirən qurumlar isə gələcəyin deyil, keçmişin mirasıdır”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri