Aİ: Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı sülh sazişini mümkün qədər tez imzalamağa və ratifikasiya etməyə çağırır.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper “Armenpress”in sorğusuna cavab olaraq bildirib.
“Aİ Ermənistan və Azərbaycan liderləri arasında Əbu-Dabidə baş tutan görüşü alqışlayır. Aİ iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini tam şəkildə dəstəkləyir. Daha əvvəl də vurğuladığımız kimi, biz cari ilin mart ayında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi üzrə danışıqların başa çatmasını müsbət qiymətləndirmişik. Bu, regionda davamlı sülh və sabitliyə nail olmaq üçün mühüm addımdır", – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















