Icma.az
close
up
RU
Aİ Bakıda CQD və yaşıl enerji üzrə nazirlərin iclaslarından məhsuldar nəticələr gözləyir

Aİ Bakıda CQD və yaşıl enerji üzrə nazirlərin iclaslarından məhsuldar nəticələr gözləyir

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas və etibarlı enerji təchizatçısı olaraq qalmaqda davam edir, Avropa Komissiyası apreldə Bakıda Cənub Qaz Dəhlizi (CQD) və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarının yekunları üzrə bu əlaqələrin daha da güclənməsini gözləyir.

Aznews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Aİ-dan bildirilib.

Məlumata görə, Aİ enerji keçidi və 2030-cu ilə qədər Rusiyanın qalıq yanacağından imtina edilməsini nəzərdə tutan “RePowerEU” proqramının məqsədlərini nəzərə alaraq, ittifaq ölkələrin tədarükün təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə ümid edir.

Bu yaxınlarda Belçikanın paytaxtı Brüsseldə Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun ilk iclası keçirilib. İclasda Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero və Slovakiyanın Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova iştirak edib. Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
“Report”un müsahibi görüşü şərh edərək bildirib ki, iclas Aİ-nin enerji tərəfdaşları ilə mütəmadi olaraq saxladığı əlaqələr çərçivəsində baş tutub.

"Görüşdə COP29 iqlim konfransının nəticələri üzrə sonrakı fəaliyyətlər, regional yaşıl enerji dəhlizlərinin inkişafı, Avropaya davam edən və potensial əlavə enerji tədarükü, apreldə keçiriləcək CQD və Yaşıl Enerji Məşvərət şuralarının iclaslarına hazırlıq da daxil olmaqla bir çox mövzular müzakirə edilib", - Aİ-dən bildirilib.

Məlumatda həmçinin qeyd edilib ki, birlik Azərbaycanla Strateji Tərəfdaşlıq Sazişinin həyata keçirilməsini davam etdirir, CQD-nin ötürmə qabiliyyətinin iki dəfə artırılması üçün lazım olan əsas qaz infrastrukturu layihələrinin müəyyənləşdirilməsi və müzakirəsi edilməsində fəal iştirak edir: "Eyni zamanda, müzakirələrimiz “REPowerEU” proqramı çərçivəsindəki məqsədlərimizə uyğun olaraq, təmiz enerjiyə əsaslanan bərpa olunan enerjiyə keçidi təmin edəcək yeni regional yaşıl enerji dəhlizlərinin inkişafına yönəlib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see281

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see271

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see242

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see239

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see228

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see162

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see156

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see148

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see146

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see145

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see134

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see133

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see131

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see131

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see129

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see125

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see124

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see121

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see121

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri