Icma.az
close
up
RU
Bakıda nazirlərin enerji toplantısı

Bakıda nazirlərin enerji toplantısı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası öz işinə başlayır.

Energetika Nazirliyinin məlumatına görə, nazirlərin Bakı toplantısına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılacaq. İclasda nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Toplantı açılış sessiyasından sonra nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edəcək.

Bununla yanaşı, Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında “yaşıl” enerjinin ötürülməsi və ticarəti üzrə 2-ci Nazirlər Görüşü, Xəzər – Qara Dəniz – Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçiriləcək.

Toplantıda enerji sahəsində əməkdaşlıq üzrə sənədlərin imzalanması nəzərdə tutulur. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Məşvərət Şurası çərçivəsində nazirlər 2015-ci ildən bəri hər il fevral ayında toplaşsalar da, ötən il ilk dəfə olaraq bu görüşlər mart ayında keçirilib. Ümumilikdə isə, artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən iclasları müzakirə olunan məsələlər, aparılan diskussiyalar baxımından xeyli maraqlı və yaddaqalan olub. Elə iştirakçıların say tərkibinin ildən-ilə genişlənməsi, tədbirə bir sıra yeni ölkələrin dövlət və hökumət nümayəndələrinin qatılması da tədbirə olan beynəlxalq maraqdan irəli gəlir.

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda bir araya gəlməsi ölkəmizin Avropanın enerji təminatında getdikcə artmaqda olan rolununun bariz nümunəsidir. İqtisadiyyatını getdikcə şaxələndirərək inkişaf etdirən Azərbaycan Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, həm də bərpaolunan enerji mənbələri hesabına təmin etməsi işində əhəmiyyətli addımlar atıb.

Aprelin 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü toplantısından gözləntilər daha çoxdur. Bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçiriləcək budəfəki iclasda Avropa bazarına daha çox qaz ixrac edilməsi ilə bağlı imkanların nəzərdən keçirilməsi, “yaşıl” enerji əməkdaşlığının genişləndirilməsi, bərpaolunan enerjinin nəqli və digər məsələlərin ətraflı müzakirəsi gözlənilir.

Cənub Qaz Dəhlizi layihəsinə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi, Bakı–Gürcüstan–Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan qazının Avropaya ixracına isə 2020-ci il dekabrın 31-də başlanıb. 2021-ci ildə “köhnə qitə”yə ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə 12 milyard kubmetr, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib. Azərbaycan qazının Avropa alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır. Bütövlükdə isə, hazırda Azərbaycan Türkiyə və Gürcüstan da daxil olmaqla 12 ölkəyə “mavi yanacaq” ixrac edir.

Göründüyü kimi, son illər bir sıra Avropa ölkələri Azərbaycandan daha çox qaz almağa can atır. Bunun üçün isə fəal danışıqlara, fikir mübadiləsi aparmağa daha çox ehtiyac duyulur. Bu baxımdan artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası xüsusi əhəmiyyət kəsb edir. Enerji sahəsində beynəlxalq əməkdaşlığın Bakı platforması kimi dəyərləndirilən bu tədbir Azərbaycanın imkanlarının nümayişi ilə yanaşı, ötən illərdə qazanılan uğurlar, ölkəmizin Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə verdiyi mühüm töhfələr haqqında da aydın təsəvvür yaradır.

Təsadüfi deyil ki, tədbirin əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlərin əldə olunduğunu qeyd edib. Eyni zamanda, Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildrən dövlətimizin başçısı Məşvərət Şurasının iclasları zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinə yeni töhfələrin verəcəyinə əminliyini ifadə edib.

Yeri gəlmişkən, artıq üçüncü dəfədir ki, nazirlərin Bakı toplantısında qaz ixracı məsələləri ilə yanaşı, “yaşıl” enerji ilə bağlı müzakirələrə də geniş yer verilir. Ötən ilin noyabr ayında Azərbaycanın COP29 konfransına uğurla ev sahibliyi etməsi, həmin toplantıda qəbul olunmuş mühüm qərarlar məsələnin aktuallığını bir qədər də artırıb. Bu baxımdan energetika nazirlərinin növbəti Bakı toplantısının müzakirə mövzuları baxımından daha səmərəli, daha rəngarəng olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri