Icma.az
close
up
RU
Aİ də təklif: Rusiyaya qarşı neft tavan qiyməti ilə bağlı yeni qayda

Aİ də təklif: Rusiyaya qarşı neft tavan qiyməti ilə bağlı yeni qayda

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Avropa Komissiyası Rusiya neftinə tətbiq edilən tavan qiymət mexanizmini yenidən formalaşdırmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, "Reuters” agentliyinin dörd Avropa diplomata istinadla yazdığına görə, bu təklif Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinin razılaşdırılması məqsədilə irəli sürülüb. Diplomatlar anonim qalmaq şərti ilə bu barədə məlumat veriblər.

Xatırladaq ki, iyun ayında Avropa Komissiyası Rusiyanın neft ixracı üçün müəyyən edilən maksimal qiymətin 60 dollardan 45 dollara endirilməsini təklif etmişdi. Lakin bu məsələ üzrə Aİ daxilində hələ də yekdil razılıq əldə olunmayıb.

Mənbələrin sözlərinə görə, Komissiya Rusiya neftinə tavan qiymətinin dünya bazarlarında "qara qızıl”ın qiymət dəyişikliklərinə uyğun olaraq tənzimlənəcəyi bir mexanizm üzərində işləyir. Yeni "üzən” qiymət tavanı ideyası hələlik konkret rəqəmlərlə dəqiqləşdirilməyib, lakin mənbələrin verdiyi məlumata görə, bu məhdudiyyət əvvəlki təklifdən – 45 dollardan – daha yüksək ola bilər.

"Reuters” xatırladır ki, Yunanıstan, Kipr və Malta bu mexanizmin təsirlərindən narahatdır. Bu ölkələr tavan qiymətin gəmiçilik sektorlarına vuracağı zərərdən ehtiyat edirlər.

Bununla belə, tavan qiymət mexanizmi ilə bağlı razılaşma 18-ci sanksiya paketinin avtomatik şəkildə qəbul ediləcəyi anlamına gəlmir. Belə ki, Slovakiya hələ də bu paketə qarşı etirazını geri çəkməyib. Aİ-də sanksiyaların qəbul olunması üçün bütün üzv dövlətlərin yekdil razılığı tələb olunur.

Xatıaladaq ki, iyunda Avropa Komissiyası Rusiya neftinin tavan qiymətinin 60 dollardan 45 dollara endirilməsini nəzərdə tutan 18-ci sanksiya paketini təqdim etmişdi.

Lakin bu təklif İrana və İsrailə aid regional gərginliklər fonunda neft qiymətlərinin 60 dolları aşması səbəbindən təxirə salınıb. Aİ rəsmiləri neft bazarındakı bu dəyişkənliyi nəzərə alaraq, tavan qiymətin sərt şəkildə endirilməsi qərarını hələlik təxirə salıblar.

Neftin dünya bazarlarında yenidən ucuzlaşmasından sonra vəziyyət dəyişsə də, Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketinin qəbulu ləngiyir. Səbəblərdən biri də Rusiya neftinə tətbiq olunacaq "tavan qiymət” (price cap) mexanizmi üzrə yekun razılaşmanın hələ əldə olunmamasıdır.

Xüsusilə qeyd olunmalıdır ki, Estoniya bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirir. Baltikyanı ölkə açıq şəkildə bəyan edib ki, əgər Rusiya neftinə tavan qiymətin endirilməsi razılaşdırılmasa, 18-ci sanksiya paketini bloklayacaq.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri