Aİ Dəməşqdən Rusiya hərbi bazalarını ləğv etməyi tələb edir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) sanksiyalarını ləğv etmək üçün Dəməşqdən Rusiya hərbi bazalarının ölkə daxilində mövcudluğuna son qoymasını istəyib.
Oxu.Az TASS-xəbər verir ki, bu barədə Aİ-nin yüksəkrütbəli nümayəndəsi məlumat verib.
"Bəli, əlbəttə ki, bu bizim izlədiyimiz bir məsələdir. Biz artıq Suriyanın yeni hakimiyyət orqanlarına çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var və onlardan biri Rusiyadır. Buna görə də, bəli, biz onlardan bunu istəməyə davam edirik. Onlar gələcəkdə bu məsələni nəzərdən keçirəcəklərini bildiriblər", - Aİ nümayəndəsi bildirib.
Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi obyekti var - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat mərkəzi və Xmeymim aviabazası.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















