Icma.az
close
up
RU
Aİ nin miqrasiya siyasəti: Miqrantlara qarşı sərt addımlar nələr vəd edir?

Aİ nin miqrasiya siyasəti: Miqrantlara qarşı sərt addımlar nələr vəd edir?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar Avropa İttifaqının ümumi miqrasiya siyasətində ciddi dəyişiklərin edilməsi və siyasətinin sərtləşdirilməsi müşahidə olunur.

Bu kontekstdə sərhədlərin sərtləşməsi, miqrant axınlarının məhdudlaşdırılması və sosial inteqrasiyanın çətinləşdirilməsi kimi addımlar gündəmə gəlib. Xüsusən də miqrasiya təzyiqi altında olan ölkələrə (İspaniya, İtaliya, Yunanıstan, Kipr kimi) kömək etmək üçün yeni mexanizm yaradılır. Bu mexanizm hər bir üzv dövlətin miqrantları qəbul etməsi, "həmrəylik fondu"na maliyyə yardımı göstərməsi və ya miqrantların yerləşdiyi ölkələrə maliyyə ayırması kimi variantları nəzərdə tutur.

Aİ-nin miqrasiya siyasətindəki dəyişiklik irqçilik, ksenofobiya meyllərini daha da gücləndirə bilərmi? Miqrantlara qarşı sərt addımlar gələcək üçün nələr vəd edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Avropa İttifaqının son dönəmdə miqrasiya siyasətində sərtləşdirməyə getməsi, həmçinin sərhədlərin qorunması və sosial inteqrasiyanın çətinləşdirilməsi, bəzi ölkələrdə ictimai rəyin ksenofobiya və irqçilik meyllərinə doğru meyllənməsinə zəmin yarada bilər.

Onun sözlərinə görə, sərt addımlar, xüsusən də miqrant axınının çox olduğu İspaniya, İtaliya, Yunanıstan və Kipr kimi ölkələrdə sosial gərginliyi artırmaq potensialına malikdir. Həmrəylik fondunun yaradılması və maliyyə yardımlarının bölüşdürülməsi mexanizmləri, üzv dövlətlərin məsuliyyətlərini bölüşdürmək məqsədi daşısa da, siyasi iradənin zəif olduğu ölkələrdə etiraz və qarşıdurmalar yarana bilər. T.İsmayılov hesab edir ki, miqrantların yerləşdirilməsi və qəbul prosesi, dövlətlərarası koordinasiyanın zəif olduğu hallarda lokal konfliktlərə səbəb ola bilər:

“Bu, həmçinin, ksenofobik və populist siyasi qrupların daha çox güc toplamasına imkan verə bilər. Sərt siyasət, bir tərəfdən qısa müddətli təzyiqi azaldır, amma uzunmüddətli sosial inteqrasiyanı çətinləşdirir".

Müsahibimiz qeyd edib ki, miqrantlar üçün sosial təminatın və iş imkanlarının məhdudlaşdırılması, onların cəmiyyətə inteqrasiyasını əngəlləyir və getdikcə təcrid olunmuş qrupların yaranmasına yol açır. İctimai rəyin polarizasiyası və mədəni stereotiplərin güclənməsi, Avropa daxilində milli və dini qarşıdurmaları artırma riskini daşıyır.

Tural İsmayılov: Sərt siyasət uzunmüddətli sosial inteqrasiyanı çətinləşdirir

"Eyni zamanda, sərt siyasət humanitar riskləri yüksəldir və Avropa İttifaqının beynəlxalq imicinə mənfi təsir göstərə bilər. Bu strategiya, həmçinin miqrant axınlarını tam dayandırmaq yerinə, onların daha təhlükəli və qeyri-rəsmi yollarla hərəkətinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə inteqrasiya və həmrəylik əksinə azalır, Avropa daxilində sosial və siyasi gərginliklərin yeni dalğalarını törədə bilər. Siyasi liderlərin məsuliyyətsiz yanaşması bu tendensiyaları daha da sürətləndirə bilər", - deyə müsahibimiz qeyd edib.

Politoloq hesab edir ki, Avropa İttifaqının gələcək siyasəti yalnız sərtlik üzərində qurularsa, həm humanitar, həm də təhlükəsizlik baxımından problemlər daha da dərinləşəcək. Buna görə, balanslı və humanitar yanaşma uzunmüddətli sabitlik üçün vacibdir.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri