Icma.az
close
up
RU
Aİ öz sərhədlərinə hücum etməyə heç kimə icazə verməyəcək Fransa XİN

Aİ öz sərhədlərinə hücum etməyə heç kimə icazə verməyəcək Fransa XİN

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın Birləşmiş Ştatlara birləşdirilməsi ehtimalı ilə bağlı açıqlamaları zamanın ruhunu əks etdirir, lakin Avropa İttifaqı (Aİ) digər ölkələrin onun sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunun efirində deyib.

Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri: “Donald Trampın tvitlərini şərh etmədiyini” deyərək mövzudan yayınmağa çalışıb. Lakin səhər proqramının aparıcısı mətbuat konfransında bunların tamamilə rəsmi bəyanatlar olduğunu dəqiqləşdirəndə Barro Qrenlandiyanın ABŞ-a birləşdirilməsi üçün hərbi əməliyyat keçirmə ehtimalına inanmadığını bildirib.

“Məndən soruşsanız, məncə, yox, Birləşmiş Ştatlar Qrenlandiyanı işğal etməyəcək. Ən güclülərin hökmranlığının geri döndüyü bir dövrə daxil olmuşuqmu? Cavab bəli. Bu ifadələr yaşadığımız dövrə uyğundur”, -deyə nazir bildirib.

Eyni zamanda, Fransa diplomatiyasının rəhbəri etiraf edib ki, əslində Qrenlandiya Avropa İttifaqının ərazisidir. “Aydındır ki, Avropa İttifaqı dünyanın digər ölkələrinə, kim olmasından asılı olmayaraq, hətta mən deyərdim ki, Rusiyadan başlayaraq, onların suveren sərhədlərinə hücum etməyə icazə verə bilməz”, - deyib.

Çərşənbə axşamı Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində jurnalistlərə danışan Tramp Panama kanalı və Qrenlandiya problemlərini həll etmək üçün güc və ya iqtisadi məcburiyyətə əl atmayacağına zəmanət verməkdən imtina edib. Bundan əvvəl o, ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu bəyan edib, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın Amerika ərazisinə birləşdirilməsindən danışıb.

O, həmçinin bildirib ki, bir çox kanadalılar öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə edirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri