Icma.az
close
up
RU
Aİ üzvlüyü ilə bağlı referendum keçirirlər Nəticə balıqçılardan asılıdır

Aİ üzvlüyü ilə bağlı referendum keçirirlər Nəticə balıqçılardan asılıdır

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İslandiya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpa edilib-edilməməsinə dair referendum keçirir. Təxminən 400 min əhalisi olan ölkədə səsvermənin nəticəsinin son dərəcə yaxın olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, sorğular “Bəli” və “Xeyr” tərəfdarları arasında fərqin az olduğunu göstərir.

Son sorğuda Aİ-yə üzvlüyü dəstəkləyənlərin 51,3 faizlə cüzi üstünlük qazandığı, əvvəlki sorğuda isə tərəflərin bərabər mövqedə olduğu bildirilir.

Aİ-yə üzvlüyə qarşı çıxanların əsas narahatlığı İslandiyanın suverenliyi və zəngin balıqçılıq suları üzərində nəzarətin zəifləməsidir.

Balıqçılıq və digər dənizçilik sahələri ölkənin ixracının təxminən 40 faizini təşkil edir. Buna görə də sektorda çalışanlar Aİ üzvlüyünün yerli şirkətlərə və iş yerlərinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Aİ-yə üzvlüyü dəstəkləyənlər isə Avropa ilə daha sıx əlaqələrin iqtisadi problemlərin həllinə kömək edəcəyini bildirirlər. Onların fikrincə, üzvlük İslandiyanın dəyişkən valyutasının yaratdığı riskləri azaltmaq, ticarəti asanlaşdırmaq və yaşayış xərcləri ilə bağlı problemləri yüngülləşdirmək üçün imkan yarada bilər.

Referendumda “Bəli” səsinin üstünlük qazanması İslandiyanın dərhal Aİ-yə üzv olması demək deyil. Bu halda Brüssellə üzvlük danışıqları yenidən başlayacaq.

Yekun üzvlük müqaviləsinin təsdiqi üçün isə ikinci referendum keçirilməlidir. Bundan başqa, müqavilənin Aİ-nin bütün 27 üzv dövləti tərəfindən təsdiqlənməsi tələb olunur.

“Xeyr” səsinin qalib gəlməsi isə üzvlük danışıqlarının ən azı indiki mərhələdə dayandırılması ilə nəticələnəcək.

İslandiya hazırda Aİ üzvü deyil, lakin Norveç və Lixtenşteynlə birlikdə Avropa İqtisadi Bölgəsinin üzvüdür. Bu çərçivə ölkəyə Aİ-nin vahid bazarına və Şengen zonasına çıxış imkanı verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri