Fransada qiymət artımına qarşı etirazlarda 144 nəfər saxlanılıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransanın müxtəlif şəhərlərində qiymət artımına qarşı keçirilən etiraz aksiyaları zamanı 144 nəfər saxlanılıb.
“BFMTV” telekanalının ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, gün ərzində 112 nümayiş təşkil olunub.
Nazirliyin məlumatına əsasən, aksiyalarda ümumilikdə 82,5 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçı sayının 150 min olduğunu bildirirlər.
Ən böyük nümayiş paytaxt Parisdə keçirilib.
Paytaxt polisinin hesablamalarına görə, Parisdə 21,5 min nəfər küçələrə çıxıb. Aksiya təşkilatçıları isə bu rəqəmin 45 min olduğunu açıqlayıblar.
Yerli vaxtla saat 18:00-a olan ilkin məlumata əsasən, ölkə üzrə 144 nəfər saxlanılıb. Saxlanılmaların səbəbləri açıqlanmayıb.
Fransa Daxili İşlər Nazirliyi son həftələr ərzində həm etiraz aksiyalarının, həm də iştirakçıların sayında azalma müşahidə olunduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Noyabr 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















