Livan Prezidentindən Tehran və Təl Əvivə sərt mesaj: Müstəqilliyimizə iki əsas maneə var
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun ölkənin müstəqilliyinin 83-cü ildönümü münasibətilə xalqa müraciətində bildirib.
Dövlət başçısı İran rəhbərliyindəki nüfuzlu şəxslərin Livanın işlərinə müdaxilə etdiyini vurğulayaraq, Tehrana açıq xəbərdarlıq ünvanlayıb. O qeyd edib ki, iki ölkə arasındakı dostluq münasibətləri İrana Beyrutda qərarların qəbulu prosesinə təsir göstərmək hüququ vermir.
Aunun sözlərinə görə, dövlətin nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qruplaşmalar Livanı tükəndirib və açıq şəkildə xarici maraqlara xidmət edir. O əlavə edib ki, İsrail məhz bu amildən bəhanə kimi istifadə edərək Livan ərazisindəki hərbi mövcudluğunu qoruyub saxlayır.
Livan Prezidenti İsraili qoşunlarını ölkənin işğal olunmuş bölgələrindən dərhal çıxarmağa çağırıb:
"Təcavüzünüzü dayandırın, Livan torpağını tərk edin. Şəhərlərin işğalı və dağıdılması təhlükəsizliyinizi möhkəmləndirməyəcək. Yalnız qoşunların tam çıxarılması davamlı və ədalətli sülhə, beynəlxalq səviyyədə tanınmış sərhəddə sabitliyə yol açacaq".
Eyni zamanda, Aun vurğulayıb ki, Beyrut regiondakı münaqişənin diplomatik yolla həllinə sadiq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Noyabr 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















