Icma.az
close
up
RU
Ailə başçısının ölümünə görə kimlərə kompensasiya ödənilir?

Ailə başçısının ölümünə görə kimlərə kompensasiya ödənilir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ailə başçısının ölümü başqa şəxsin təqsiri və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində baş veribsə, mərhumun himayəsində olan şəxslər dəymiş zərərin ödənilməsini tələb edə bilərlər.

Bəs qanun bu hüququ kimlərə verir, kompensasiyanın məbləği necə hesablanır və məhkəməyə müraciət edərkən hansı sənədlər tələb olunur?

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097, 1121 və 1122-ci maddələri ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi qaydasını tənzimləyir.

Mülki məsuliyyət hansı hallarda yaranır?

Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş zərər, bir qayda olaraq, onu vuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericilikdə nəzərdə tutulan bəzi hallarda isə bu öhdəlik zərəri birbaşa vurmayan şəxsin və ya hüquqi şəxsin üzərinə də qoyula bilər.

Bu o deməkdir ki, ailə başçısının ölümü başqa şəxsin təqsiri, istehsalatda baş vermiş bədbəxt hadisə, yol-nəqliyyat hadisəsi və ya digər hüquqazidd əməl nəticəsində baş veribsə, zərərçəkmiş ailə üzvləri dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.

Kimlər kompensasiya ala bilər?

Mülki Məcəllənin 1121-ci maddəsinə görə, ailə başçısının ölümü nəticəsində zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi qanunla müəyyən edilib. Bunlara:

mərhumun himayəsində olan və ya onun ölümünədək ondan dolanacaq almaq hüququna malik əmək qabiliyyəti olmayan şəxslər;

ailə başçısının ölümündən sonra doğulan uşağı;

mərhumun 14 yaşına çatmamış uşaqlarına, nəvələrinə, qardaş və bacılarına qulluq etdiyi üçün işləməyən valideynlərdən biri, həyat yoldaşı və ya digər ailə üzvü;

mərhumun himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər daxildir.

Qanun həmçinin işləməyərək azyaşlı uşaqlara qulluq edən valideynin, həyat yoldaşının və ya digər ailə üzvünün müəyyən hallarda bu hüququ sonradan da saxladığını nəzərdə tutur.


Kompensasiya nə qədər müddət ödənilir?

Qanun kompensasiyanın ödənilməsi müddətlərini də müəyyən edib.

Belə ki, zərərin əvəzi:

yetkinlik yaşına çatmayanlara 18 yaşınadək;

əyani təhsil alan şəxslərə təhsilini başa vurana qədər, lakin 23 yaşdan çox olmamaq şərtilə;

55 yaşını tamamlamış qadınlara və 65 yaşını tamamlamış kişilərə ömürlük;

əlilliyi olan şəxslərə əlillik müddəti ərzində;

mərhumun azyaşlı uşaqlarına qulluq edən valideynə, həyat yoldaşına və ya digər ailə üzvünə isə uşaq 14 yaşına çatana qədər ödənilir.

Kompensasiyanın məbləği necə hesablanır?

Mülki Məcəllənin 1122-ci maddəsinə əsasən, ödəniləcək kompensasiyanın məbləği mərhumun sağlığında əldə etdiyi orta aylıq qazanc və digər müntəzəm gəlirləri əsasında müəyyən edilir.

Hesablama zamanı mərhumun əməkhaqqısı ilə yanaşı, aldığı pensiya və digər daimi ödənişlər də nəzərə alına bilər. Məhkəmə zərərçəkmiş şəxslərin hər birinin həmin gəlirdən hansı pay almaq hüququna malik olduğunu müəyyən edərək kompensasiyanın məbləğini hesablayır.

Bundan başqa, ailə başçısının ölümündən sonra uşağın doğulması və ya kompensasiya almaq hüququ olan yeni şəxsin meydana çıxması ödənişin yenidən hesablanmasına əsas verə bilər.

Məhkəməyə müraciət etmək üçün hansı sənədlər lazımdır?


Belə iddialar üzrə məhkəməyə müraciət edilərkən, adətən, aşağıdakı sənədlər təqdim olunur:

ölüm haqqında şəhadətnamə;

mərhumun əmək münasibətlərini təsdiq edən sənədlər;

istehsalatda bədbəxt hadisə haqqında akt və ekspert rəyi (belə hal olduqda);

əməkhaqqı və digər gəlirlər barədə arayışlar;

ailə tərkibini və himayədə olan şəxsləri təsdiq edən sənədlər;

cavabdehə göndərilmiş yazılı müraciət və digər sübutlar.

Məhkəmə təqdim edilən sənədləri araşdırdıqdan sonra ölüm hadisəsinin səbəblərini, cavabdehin təqsirini və zərərin məbləğini qiymətləndirərək qərar qəbul edir.

Qanun ailə başçısının ölümü nəticəsində maddi təminatını itirmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edir. Əgər ölüm başqa şəxsin təqsiri ilə baş veribsə, zərərçəkmiş ailə üzvləri məhkəmə qaydasında dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri