Icma.az
close
up
RU
Ailə institutunun transformasiyası: nikah müqavilələri və boşanmaların yeni reallıqları ARAŞDIRMA

Ailə institutunun transformasiyası: nikah müqavilələri və boşanmaların yeni reallıqları ARAŞDIRMA

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 avqust, Təhminə Verdiyeva, AZƏRTAC

Azərbaycan cəmiyyətində ailə institutu tarixən dərin mədəni və dini dəyərlər üzərində formalaşıb. Lakin müasir dövrdə sosial-iqtisadi dəyişikliklər, urbanizasiya, gender münasibətlərindəki transformasiya və qloballaşma ailə modelinə birbaşa təsir göstərir. Bu kontekstdə nikah müqavilələrinin aktuallaşması və boşanmaların artan dinamikası ailə institutunun həm hüquqi, həm psixoloji, həm də beynəlxalq müstəvidə yenidən nəzərdən keçirilməsini zəruri edir. Bununla yanaşı, ailə dəyərlərinin yenidən qurulması cəmiyyət üçün yeni imkanlar da açır: daha sağlam münasibətlərin formalaşması, şəffaflıq və qarşılıqlı etimadın güclənməsi.

AZƏRTAC mövzu ilə bağlı həm yerli statistika, həm də beynəlxalq təcrübəyə əsaslanan araşdırma məqaləsini təqdim edir.

Azərbaycanda nikah və boşanma statistikası

Son illərin göstəriciləri nikahların azalması və boşanmaların artması tendensiyasını üzə çıxarır. Bununla belə, insanlar münasibətlərə daha məsuliyyətli yanaşmağa başlayır:

2024-cü ildə ölkədə 49 min 508 nikah və 21 min 384 boşanma qeydə alınıb.

2023-cü ilin 11 ayı ərzində 46 min 146 nikah və 19 min 597 boşanma baş verib. Hər 1000 nəfərə düşən nikah sayı 4,9, boşanma isə 2,1 olub.

2025-ci ilin ilk ayında hər 1000 nəfərə 5,4 nikah, 2,1 boşanma düşüb.

Müqayisə üçün, 1991-ci ildə hər 1000 nəfərə 10,4 nikah düşürdüsə, bu rəqəm hazırda təxminən 5-ə enib. Boşanma isə 2020-ci illərdə 2,1 səviyyəsinə yüksəlib.

Nikahların azalması bir tərəfdən ailə institutunun dayanıqlığına təzyiq etsə də, digər tərəfdən gənclərin evliliyə daha şüurlu yanaşdığını göstərir.

Nikah müqaviləsinə baxış: ənənədən müasirliyə

QHT sədri, jurnalist Fira Cəlilova AZƏRTAC-a açıqlamasında maraqlı məqama diqqət çəkir: “Toyda 50 min manat xərcləmək normal sayılır, amma nikah müqaviləsi imzalamaq “ayıb” görünür. Halbuki toy bitəndən sonra o şadlıq sarayının qiyməti də, musiqiçilərin səsi də unudulur, müqavilə isə illərlə davam edən mübahisələrin qarşısını ala bilər. Azərbaycan üçün nikah müqaviləsi yad deyil: mehr, cehiz, kəbin – bunlar müqavilənin qədim formalarıdır. Sadəcə, biz modern versiyasına keçməyə tərəddüd edirik. Əgər ailə institutunu qorumaq istəyiriksə, nikah müqaviləsini sevginin yanında “təhlükəsizlik kəməri” kimi qəbul etməliyik”.

Beynəlxalq təcrübə

Araşdırmalar göstərir ki, nikaha münasibət genderlər arasında fərqlənir. “JAMnews”un məlumatına görə, qadınlar boşanmalarda əsas məsuliyyətin kişilərin üzərinə düşdüyünü düşünürlər, kişilər isə məsuliyyətin bölüşdürülməsinin tərəfdarıdırlar. Ənənəvi nikah atributları, məsələn başlıq, cehiz, kəbin, mehr tarixi olaraq nikah müqaviləsinin ilkin forması kimi çıxış edib, xüsusilə qadının hüquqlarını təmin etmək məqsədi daşıyıb.

Beynəlxalq təcrübəyə gəldikdə isə müxtəlif ölkələrdə nikah müqavilələrinin hüquqi statusu fərqli şəkildə tənzimlənir:

• Avropada (Fransa, Almaniya, Niderland, Belçika) nikah müqavilələri notarius vasitəsi ilə bağlanır və məhkəmə tərəfindən tam hüquqi qüvvəyə malikdir.

• Ukraynada nikaha daxil olmamışdan əvvəl və ya nikah dövründə müqavilə imzalanır, lakin şəxsi münasibətlər hüquqi predmet ola bilmir.

• İngiltərə və Uelsdə 2010-cu ildə qəbul edilən “Radmacher presedenti” nəticəsində prenuptial müqavilələr (ingiliscə prenuptial agreement, qısaca prenup, nikahdan əvvəl imzalanan hüquqi sənəddir) hüquqi ədalət prinsiplərinə uyğun gəldiyi halda məhkəmələrdə tanınır.

Hüquqşünas Ülkər Əliyeva mövzu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb. Onun sözlərinə görə, müxtəlif ölkələrin təcrübəsində olduğu kimi, Azərbaycanda da nikah müqavilələrinin tətbiqi getdikcə aktuallaşmaqdadır: “Ailə Məcəlləsində, xüsusilə də 38-40-cı maddələrdə nikah müqaviləsinin hüquqi əsasları öz əksini tapıb. Qanunvericiliyə görə, nikah müqaviləsi yalnız yazılı formada bağlanmalı və notarial qaydada təsdiq olunmalıdır. Nikah müqaviləsinin əsas məqsədi tərəflərin əmək və əmlak münasibətlərini tənzimləməkdir. Bu baxımdan, müqavilə tərəflərin mövcud və gələcəkdə əldə edilə biləcək əmlaklarının statusunu, onların pay nisbətini və bölüşdürülmə qaydalarını əvvəlcədən müəyyən edir. Bu, həm tərəfləri uzun və mürəkkəb məhkəmə proseslərindən uzaqlaşdırır, həm də məhkəmələrin üzərinə düşən yükü azaldır. Lakin nikah müqaviləsinin əhatə dairəsi yalnız əmlak münasibətləri ilə məhdudlaşmır. Bu müqavilə ailə münasibətlərində tərəflərin bir-birinə qarşı hüquq və vəzifələrini də konkretləşdirə bilir. Məsələn, uşaqların saxlanması, təlim-tərbiyəsi, gündəlik xərclərin bölüşdürülməsi və digər ailədaxili məsuliyyətlər müqavilədə açıq şəkildə göstərilə bilər. Bununla, tərəflərin hüquq və öhdəlikləri dəqiqləşdirilir, ailə münasibətlərinə daha çox sabitlik gətirilir”.

“Nikah müqaviləsinin mühüm məqamlarından biri də onun daha zəif tərəfin maraqlarını qorumağa yönəlməsidir. Belə ki, qanunla müəyyənləşmiş bəzi şərtlər müqaviləyə daxil edilə bilməz. Məsələn, tərəflərdən birinin əmək qabiliyyəti olmadığı və özünə müstəqil gəlir əldə edə bilmədiyi halda, nikah müqaviləsi onu daha da əlverişsiz vəziyyətə sala bilməz. Bu, müqavilənin sosial müdafiə mexanizmi rolunu oynadığını göstərir. Nəticə etibarilə nikah müqaviləsi həm əmlak münasibətlərində, həm də ailədaxili sosial münasibətlərdə hüquqi müəyyənlik yaradır, tərəflər arasında sabitliyi artırır və zərurət yarandıqda məhkəmə mübahisələrinin qarşısını alır”, - deyə hüquqşünas əlavə edib.

Nikaha münasibətin psixoloji tərəfi

Müasir dünyada nikah və boşanmaların hüquqi və psixoloji tərəfləri daha çox diqqət çəkir. Nikahların azalması və boşanmaların artması cəmiyyətdə ailə modelinə dair suallar doğursa da, digər tərəfdən bu, insanların daha uyğun həyat yoldaşı seçməkdə və münasibətlərdə real gözləntilər formalaşdırmaqda daha həssas olduqlarını göstərir. Araşdırmalar təsdiqləyir ki, iqtisadi faktorlar boşanmalara ciddi təsir göstərir. İnflyasiya hər 1 faiz artdıqda boşanma göstəriciləri 1,1 faiz, işsizlik isə 18,9 faiz artır. Bununla belə, iqtisadi sabitlik və hüquqi zəmanətlər ailələrin dayanıqlığını gücləndirir.

Bu baxımdan nikah müqavilələri yalnız maliyyə məsələlərini deyil, həm də tərəflərin qarşılıqlı etimadını və psixoloji rahatlığını təmin edən vasitə kimi çıxış edir.

Aparılan araşdırmalar göstərir ki, nikah institutunun transformasiyası həm Azərbaycanda, həm də dünyada müşahidə olunur. Boşanma göstəricilərinin yüksəlməsi və nikahların azalması ailə modelinə təsirsiz ötüşmür. Lakin nikah müqavilələri və beynəlxalq təcrübələr sübut edir ki, bu dəyişikliklər ailələrin daha sağlam, şüurlu və hüquqi əsaslı münasibətlər qurmasına imkan yaradır.

Azərbaycan üçün həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də cəmiyyətin nikaha dair sosial şüurunun artırılması vacibdir. Bu, gələcəkdə daha möhkəm və dayanıqlı ailələrin formalaşmasına zəmin ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri